"Xalqın düşmənləridir bu riyakar, harınlamış, bir vaxt qan qusacaq həyasız ünsürlər..."

Gündəm / Cəmiyyət

105

"Xalqın düşmənləridir bu riyakar, harınlamış, bir vaxt qan qusacaq həyasız ünsürlər..."
Dairə seçki komissiyaları saxtakalıq edibsə, məsuliyyət kim daşıyır? Dairə sədrlərini kim təyin edib? Özünü təmizə çıxardır. Xalqı gic yerinə qoymasın. 2015- ci ildə də saxtakarlıq oldu. İcra başçısı Sabunçuda seçkilərə müdaxilə edirdi. 5 il keçdi. Hamı kreslosundadır. Hamının yuxarıda day - dayısı var. Yetər komediya. Məzahir Pənahov istefa verməlidir. Seçkilərdə saxtakarlıqlara cənab Pənahov həzrətləri cavabdehdir. Deməyin ki, demədim. Namizədliyimi verməmişəm. Sabir demişkən - "Dinmə! -Məni məzur tut. Cənab prezident təmizləməlidir. Süpürməlidir komediyanevisləri. Xalq prezidenti dəstəkləyir. Bu saxtakar məmurlara son deyək - lənət olsun. Dünyaya bizi güldürtdülər. Xalqın düşmənləridir bu riyakar, harınlamış, bir vaxt qan qusacaq həyasız ünsürlər. Əuzi - billahi minəş- şeytani rəcim. Uca Allah, bizə səbr ver. Xalqımızı hifz et. Amin.

Vüqar Əhməd,
Şair, filologiya elmləri doktoru, professor, AMEA-nın baş elmi işçisi