Adnan Oktar həbsxanadan Ərdoğana məktub yazdı

Foto

78

Adnan Oktar həbsxanadan Ərdoğana məktub yazdıCəsusluq, uşaqların cinsi istismarı, insan alveri kimi bir sıra cinayətlərdə ittiham olunan Adnan Oktar prezident Rəcəb Tayyib Ərdoğana məktub yazıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Oktar məktubunda “Dünyaya nümunə və lider olmaqla yola çıxan Türkiyəmizin ədalət sistemini alçaltmağı məqsəd qoyan bu tələni pozmaq və vətəndaşı dövlətdən soyutmaq oyununu dayandırmaq prezidentimizin əlindədir” sözlərini yazıb.

Məlumata görə, 4 ay qaldığı Pınarhisar və indiki həbsxanalar arasında “uçurum” olduğunu deyən Adnan insanların çoxluğu səbəbi ilə 40 min nəfərin yatağının olmadığını, 80 min nəfərin eyni yataqdan istifadə etdiyini bildirib.

Gigiyena, isti su çatışmazlığı, isitmə problemi, yeməklərin qida dəyərinin az olduğu kimi məsələlərə toxunan A.Oktar “Prezidentimizdən həbsxanadakı əskiklərə görə diqqətini vətəndaşlardan əsirgəməməsini və bu problemlərə müdaxilə etməsini xahiş edirəm” sözləri ilə məktubunu sonlandırıb.