Türkiyənin məşhur kanalı bağlanır

Foto

126

Türkiyənin məşhur kanalı bağlanırTürkiyənin Kral TV televiziya kanalı bağlanır.

Bu barədə telekanalın sosial media hesabında məlumat verilib.

Bildirilir ki, telekanalın yayımı fevralın 1-dən dayandırılacaq.

Bundan sonra Kral TV-ni yalnız mobil əlavələrdə, həmçinin “Kral Müzik Yutub” kanalında izləmək mümkün olacaq.

Qeyd edək ki, telekanal Türkiyənin ilk video musiqi kanalı olaraq 1994-cü ildən fəaliyyətə başlayıb.