Xəstələrin çılpaq şəklini çəkən həkimlə bağlı – Yeni faktlar - Video

Foto

35

Xəstələrin çılpaq şəklini çəkən həkimlə bağlı – Yeni faktlar - Videoİzmir Doqquz Eylül Üniversiteti Tibb Fakültəsində bir həkimin xəstələrə qarşı yol verdiyi qeyri-etik hərəkətləri ilə əlaqədar araşdırma başlanılıb və saxlanılan .

Conflict.az xarici mətbuata istinadən xəbər verir ki, süd vəzisi müayinəsi zamanı xəstələrin çılpaq fotoşəkilləri adı şərti olaraq E.B.Ç kimi qeyd olunan həkim tərəfindən gizlin çəkilirmiş.

Həmin fotoların sosial şəbəkələrdə yayılması qalmaqala səbəb olub.

Bu səbədən bu görüntüləri çəkən həkim polis tərəfindən saxlanılıb.

Şübhəli bilinən E.B.Ç öz ifadəsində “Görüntüləri müəllimlərimə göstərmək üçün çəkmişdim”, deyə bildirib.

Ədliyəyə aparılan həkimin məhkəməsi olub. Məhkəmədə sərbəst buraxılan E.B.Ç-nin müstəntiqə ifadələri dərc edilib.

O, ifadəsində görüntüləri çəkdiyini qəbul etdiyini, ancaq sayta özünün yükləmədiyini bildirib.

İzmir Əmniyyət Müdirliyi əməkdaşları tərəfindən olayla əlaqədar araşdırma davam etdirilir. Bildirildiyinə görə, polis bu görüntüləri yayanlarla bağlı xəstəxanadan izahat tələb edəcək.

Həkimin evi, avtomobili və iş yerində aparılan axtarışlar zamanı əldə edilmiş 3 yaddaş diski və 2 telefonu yoxlama üçün götürülüb.
Xəstələrin çılpaq şəklini çəkən həkimlə bağlı – Yeni faktlar - Video