Əhmədovun qarajında 10000 butulka saxta araq-"Talka" və s...

Foto

69

Əhmədovun qarajında 10000 butulka saxta araq-"Talka" və s...Yekaterinburq polisi şəhərin Uralmaş hissəsində yerləşən adi qarajda 10 mindən çox butulka müxtəlif saxta spirtli içki aşkarlayıb.

Yerli “e1.ru” portalı xəbər verir ki, hüquq-mühafizə oranlarının əməkdaşları anbarı bu gün, yanvarın 6-da ləğv ediblər.



Mənbəyə görə, malın yiyəsi anbara “Daewoo Nexia” avtomobili ilə gəlib və çox güman ki, işçkiləri mağazalara çatdırmaq niyyətində imiş. Lakin elə həmin vaxt qaraja polis əməkdaşları gəlib. Saxlanılan şəxs – 38 yaşlı azərbaycanlı Əhmədov özünü anbardar kimi təqdim edib.

Polisin məlumatına əsasən, müsadirə edilmiş alkoqollu içkilər bir sıra əlamətlərinə görə saxtadır. Ələlxüsus, aksiz markalarının saxtalaşdırıldığı artıq məlumdur. Ekspertizadan sonra cinayət işinin başlanması məsələsi həll ediləcək.(virtualaz)