Almaniya və ABŞ nəhəngləri birləşir

Foto

94

Almaniya və ABŞ nəhəngləri birləşirAlmaniyanın “Volksvagen” avtokonserni ABŞ-ın “Ford Motor Kompani” korporasiyası ilə alyans formalaşdırmağa çalışır.

Bunu “Volksvagen”in rəhbəri Herbert Dis ABŞ Prezidenti Donald Trampla görüşündən sonra jurnalistlərə açıqlamasında deyib. O, “Ford” şirkətiylə qlobal avtomobil alyansının yaradılması üçün danışıqlarda kifayət qədər irəliləyişin əldə olunduğunu deyib.

Herbert Dis bunun sayəsində Avropada “Ford”un mövqelərinin möhkəmləndiriləcəyini bildirib:

“Biz gələcəkdə öz avtomobillərimizin istehsalı üçün “Ford”un zavodlarından istifadə edə bilərik. Bununla belə biz yenə də ABŞ-da təzə zavodun yaradılması məsələsini nəzərdən keçiririk”.