Ronaldo təcavüz iddialarına cavab verdi

Foto

91

Ronaldo təcavüz iddialarına cavab verdiFutbolçu Kriştiano Ronaldo haqqında çıxan təcavüz iddialarına cavab verib.
Ronaldo təcavüz iddialarına cavab verdi
Axşam.az xarici KİV-ə istinadən məlumat verir ki, Ronaldo onu cinsi zorakılıqda ittiham edən amerikalı qadın Ketrin Moyorqun yalan danışdığını söyləyib.

Kriştiano bildirib ki, Ketrin onun adından istifadə edərək özünü reklam etmək istəyir.

Qeyd edək ki, iddiaya görə, 33 yaşlı futbolçu 2009-cu ildə Las-Veqasda otellərdən birində Moyorqa təcavüz edib.

Ketrinin sözlərinə görə, əmisi oğlu ilə Las-Veqasa gələn Ronaldo onunla otellərdən birində görüşüb. Hadisədən sonra ona 375 min dollar verərək susmasını istəyib. Lakin Moyorq indi təcavüz iddiası ilə Nevada ştatının məhkəməsinə müraciət edib.