“Ozmo” və “Tutku”da virus aşkarlanıb – VİDEO

Foto / Video

30

“Ozmo” və “Tutku”da virus aşkarlanıb – VİDEOAzərbaycana qida məhsulları idxal edən bir sıra məşhur şirkətlərə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ciddi xəbərdarlıq edilib.

Bu barədə REAL-a müsahibəsində AQTA-nın Qida Təhlükəsizliyi şöbəsinin müdiri Fərid Əmirov bildirib.

Onun sözlərinə görə, həmin məhsullar ölkəyə idxal olunarkən AQTA-nın müvafiq laboratoriyalarında müayinə olunub və sınaq nəticələrinə əsasən qeyd olunan məhsullarda bir sıra nöqsanlar – bakteriyalar aşkar edilib.

Fərid Əmirov qeyd edib ki, insan orqanizmi üçün təhlükəli olan bu məhsullar sentyabrın 22-dək bütün ticarət şəbəkələrindən yığışdırılmalıdır. Bununla bağlı həmin məhsulları idxal edən şirkətlər AQTA-ya müraciət etməlidir.

AQTA rəsmisi uşaqların qidalanmasında daha çox istifadə olunan və bakteriyalar aşkarlanan həmin məhsulların adlarını açıqlayıb.