MTRŞ ATV-yə xəbərdarlıq etdi

Foto

58

MTRŞ ATV-yə xəbərdarlıq etdiBu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

Axşam.az xəbər verir ki, MTRŞ-nın iclasda ATV telekanalı tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı müzakirə edilib.
Bildirilib ki, ATV telekanalında həftə içi saat 10.00-12.00 arası yayımlanan, Yusif Ağayevin aparıcılıq etdiyi “10-dan sonra” verilişinin 09.07.2018-ci il tarixli buraxılışında ədəbsiz ifadələrdən, sözlərdən istifadə olunduğuna görə “Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası”na xəbərdarlıq elan olunub.