ANAMA-nın İYUN HESABATI - 38 hərbi sursat və 1 mina məhv edilib - FOTO

Foto

57

ANAMA-nın İYUN HESABATI - 38 hərbi sursat və 1 mina məhv edilib - FOTOƏrazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 2018-ci ilin iyun ayı ərzində ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları barədə məlumat yayıb.
ANAMA-nın İYUN HESABATI - 38 hərbi sursat və 1 mina məhv edilib - FOTO
Agentlikdən Publika.az-a verilən məlumata görə, iyun ayı ərzində ANAMA tərəfindən Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Füzuli, Xızı, Xocavənd, Qazax, Lənkəran, Tərtər rayonları və Bakı, Gəncə və Yevlax şəhərləri ərazisində 281 091 m² ərazi yoxlanılıb, 38 ədəd partlamamış hərbi sursat (PHS) və 1 ədəd tank əleyhinə mina (cəmi 39 ədəd) aşkar edilərək zərərsizləşdirilib.
ANAMA-nın İYUN HESABATI - 38 hərbi sursat və 1 mina məhv edilib - FOTO
Əməliyyatlarda 484 nəfər əməliyyat heyəti, 134 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edib.
ANAMA-nın İYUN HESABATI - 38 hərbi sursat və 1 mina məhv edilib - FOTO
İndiyədək cəmi 529 091 352 m² ərazi təmizlənib, 796 923 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.
ANAMA-nın İYUN HESABATI - 38 hərbi sursat və 1 mina məhv edilib - FOTO
İyun ayı ərzində Daxili İşlər Nazirliyinin (DİN) “102” Xidməti-Zəng Mərkəzindən - 13 , Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən - 9 və Dövlət Sərhəd Xidmətinin Sərhəd Mühafizə Xidmətindən - 2 müraciət daxil olub. Müraciətlər əsasında 10,920 m² ərazi təmizlənib, 34 ədəd partlamamış hərbi sursat (PHS) və 1 ədəd tank əleyhinə mina (cəmi 35 ədəd) aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

2018-ci ilin iyun ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.