Masallıda qanunsuz ağac kəsimi – FOTOLAR

Foto

141

Masallıda qanunsuz ağac kəsimi – FOTOLARMasallı rayonunda qanunsuz ağac kəsimi aşkarlanıb. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Masallı rayonu ərazisində ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinə riayət olunması ilə bağlı növbəti reyd keçirilib.
Reyd zamanı Masallı rayon mərkəzi xəstəxanasının qarşısındakı ərazidə yaş köküstə 36 sm diametrliyində 1 ədəd şam ağacının qanunvericiliyə zidd olaraq kəsildiyi aşkar edilib. Faktla bağlı akt tərtib edilib və təbiətə 700 manat ziyan dəydiyi məlum olub.
Masallıda qanunsuz ağac kəsimi – FOTOLAR
Hazırda qanun pozucusunun müəyyənləşdirilməsi üçün zəruri tədbirlər görülür.Masallıda qanunsuz ağac kəsimi – FOTOLAR