Tütün məmulatlarının satışının reklamı qadağan olundu

Foto

153

Tütün məmulatlarının satışının reklamı qadağan olunduTütün məmulatlarının satışının reklamı qadağan olunur.Bu məsələ “Tütün və tütün məmulatı haqqında” qanuna nəzərdə tutulan dəyişiklikdə nəzərdə tutulub.
Conflict.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Tütün və tütün məmulatı haqqında” qanuna dəyişiklik məsələsi müzakirə olunub.
Tütün məmulatlarının məhdudlaşdırılması ilə bağlı qanunun 20.2 maddəsinə dəyişiklik edilib. Belə ki, maddəyə edilən dəyişikliyə əsasən tütünün, tütün məmulatlarının və onların ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının. alışqanlarının rekalamı qadağandır.
Bundan əlavə olaraq ictimai yerlərdə siqaret çəknələr cərimələnəcəklər. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik nəzərdə tutulub. Dəyişikliyə əsasən ictimai yerlərdə və müəssisələrdə siqaret cəkənlər yüksək məbləğdə cərimələnəcəklər.
Qanun pozan vəzifəli şəxs 400 manatdan 1000 manatadək cərimələnəcək. Təyyarədə siqaret çəkənlər 100 manat, qatarda 40 manat, metroda siqaret çəkənlər 50 manat, ictimai nəqliyyatda isə siqaret çəkənlər 40-50 manat cərimə olunacaqlar. Müzakirələrdən sonra qanuna dəyişiklik qəbul edilib.

Conflict.az