“Karvan” ticarət mərkəzində növbəti etiraz aksiyası

Foto

344

“Karvan” ticarət mərkəzində növbəti etiraz aksiyasıSumqayıtdakı “Karvan” ticarət mərkəzində mağazası olan sahibkarlar fevralın 1-də yenidən etiraz aksiyası keçiriblər.
Onlar Mərkəzin rəhbərliyindən icarə haqlarının azaldılmasını tələb ediblər. Bildiriblər ki, bazar rəhbərliyi icarə haqlarını 50 faiz enidrəcəyini vəd etsə də, vəd yerinə yetirilməyib.
Bundan sonra ticarət mərkəzində sahibkarlarla bazar rəhbərliyi arasında görüş başlayıb. Görüşdə yenidən 50 faizlik endirim haqda razılıq əldə olunub. Ancaq bu, icarə haqqını əvvəl 500 manat ödəyənlərə aiddir. Onlar 250 manat ödəyəcəklər. 1200 manat icarə haqqı ödəyənlərlə isə ayrı danışıq olacaq.
Görüşdə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Faiq Kərimov da iştirak edib.
İcra hakimiyyətindən “Azadlıq” radiosuna bildiriblər ki, onların nümayəndəsi görüşdə iştirak edir. Ancaq bu haqda hələ hər hansı məlumat verə bilməzlər.
Bundan əvvəl də “Karvan” ticarət mərkəzində bir neçə dəfə etiraz aksiyası keçirilmişdi. Etirazçılar əvvəlcə bildirmişdilər ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin əməkdaşları onların mağazalarını sökmək istəyirlər. İcra hakimiyyətindən isə bunu təkzib etmişdilər. Sonradan sahibkarlar daha bir neçə dəfə yığışıb icarə haqlqarının yüksək olmasına etiraz etmişdilər.

Conflict.az