Lisey direktorundan prokurora və təhsil müdirinə ittihamlar

Foto

267

Lisey direktorundan prokurora və təhsil müdirinə ittihamlar Raisa İsgəndərova: "Şikayətim əsasında həmin məktəbdə arasdırmalar aparmalı olan rayon prokuroru mənim özümü susdurmaq yolunu tutub"
Beyləqan Təhsil Şöbəsinin müdiri Tofiq Sadıqov və rayon prokuroru Azər Osmanov Təbiət və Humanitar Fənlər Təmayüllü Liseyinin direktoru vəzifəsində işləmiş Raisa İsgəndərovanı sıxışdırırlar. Raisa İsgəndərova 2006-ci il tarixdən 2015-ci il 06 fevral tarixə kimi Beyləqan rayon İcra Hakimiyyətində icra başçısının müavini vəzifəsində işləyib. 06 fevral 2015-ci il tarixində öz ərizəsi ilə işdən çıxan Raisa xanım cəmi 3 gün sonra Tofiq Sadiqovun əmri ilə liseyə direktor təyin edilib. Tofiq Sadıqov həmin vaxt Raisa İsgəndərovanı lisey direktoru vəzifəsinə qeyri-qanuni təyin edib. Belə ki, lisey və kollec direktorları birbaşa təhsil naziri tərəfindən təyin edilməli olduğu halda Tofiq Sadıqov təyinatı şəxsən özü verib. Raisa İsgəndərova yeni vəzifəsində heç "bismillah" eləməmiş Tofiq Sadıqov onu vəzifədən çıxarmaq fikrinə düşüb və bu niyyətini 7 iyul 2015-ci il tarixində reallaşdırıb. Təhsil şöbəsinin müdiri bu qərarını belə əsaslandırmağa çalışıb ki, guya Raisa İsgəndərovanın təhsil stajı yoxdur və bu səbəbdən də lisey direktoru işləyə bilməz. Raisa İsgəndərova isə bununla razılaşmır və 14 il Beyləqan təhsilində işlədiyini bildirir. Məsələ ondadır ki, Tofiq Sadıqov niyə aylar sonra ayılıb ki, Raisa İsgəndərovanın təhsil stajı yox imiş. Görəsən, şöbə müdirinin onu liseyə direktor təyin edərkən bu faktı "görməməsinin" və ya "görmək istəməməsinin" səbəbi nə olub? Məlumata görə, bunlar azmış kimi təhsil şöbəsinin müdiri Tofiq Sadıqovun Raisa İsgəndərovaya töhmət elan etməsi isə ikincinin məhkəməyə müraciət etməsilə nəticələnib. Məhkəmə prosesini udan Raisa İsgəndərova isə bundan sonra özünə qarşı "qara piar" kampaniyasının başladıldığını iddia edir. Raisa İsgəndərovanın göndərdiyi şikayət məktubunda baş verənlər belə izah edilir: "Beyləqan rayon prokuroru Azər Osmanov və təhsil şöbəsinin müdiri Tofiq Sadıqov mənə qarşı kampaniyaya başlayıb. Belə ki 23.10.2015-ci il tarixdə Azərbaycan Respublikasinin Baş Prokurorluğundan Azər Osmanova və bir surəti də mənə gondərilmis, Aynur Osmanovanın imzası ilə gələn məktubu bu gunədək Beyləqan rayon Prokurorluğunda gizlədirlər. Bunun hansı maraqlara xidmət etdiyi isə mənə məlumdur. Prokuror Azər Osmanovun tapşırığı ilə Beyləqan rayon təhsil şöbəsinin mudiri Tofiq Sadiqov muəllimləri mənə qarşı kampanyaya hazırlayır. Onların məqsədi sıravi muəllimləri yalan danışmağa vadar etməklə mənlə üzbəüz qoymaqdır". Daha sonra isə rayon prokurorunun onu susdurmaq üçün əlindən gələni etdiyini iddia edir: "Mən 4 aylıq fəaliyyətim dövrundə Beyləqan rayon Liseyində abadlıq işlərinə şəxsi vəsaitimlə 5 min manat pul xərcləmişəm. Bunu o səbəbdən etmişəm ki, sözügedən məktəb həmin vaxt tam bərbad halda idi. Bu gün isə şikayətim əsasında həmin məktəbdə araşdırmalar aparmalı olan rayon prokuroru mənim özümü susdurmaq yolunu tutub". \Savash.org\
Conflict.az