Səbail rayonundakı qanunsuz tikililərlə bağlı aparılan reydlərin nəticələri açıqlanacaq - RƏSMİ

Foto

78

Səbail rayonundakı qanunsuz tikililərlə bağlı aparılan reydlərin nəticələri açıqlanacaq - RƏSMİSəbail Rayon İcra Hakimiyyətində rayon ərazisində qeyri-qanuni tikililərin sökülməsi ilə bağlı iclas keçirilir.
Bunu Trend-ə açıqlamasında Səbail Rayon İcra Hakimiyyətinin şöbə müdiri İsrafil Kərimov deyib.

Onun sözlərinə görə, iclasda aparılan reydlər və araşdırmaların nəticəsi müzakirə olunacaq. Araşdırmalardan sonra hazırlanmış sənədlər hüquq-mühafizə orqanlarına göndəriləcək: “Reydlər Badamdar qəsəbəsinin yeni yaşayış massivləri və ona bitişik olan "Döstluq parkı" ərazisində aparılır. Həmin ərazilərdəki tikililərin və mülkiyyət sahiblərinin sənədləri yoxlanılır. Mülk sahibləri dəvət olunur və onların iştirakı ilə əraziyə baxış keçirilir. Bugünkü iclasda da həmin ərazilərdəki reydlərin nəticələri açıqlanacaq. Amma reydlər hələ bir müddət davam edəcək”.

Səbail rayonunda qanunsuz tikilillərin sökülməsi ilə bağlı reydlər oktyabrın 16-da başlayıb. Reydlərin aparılması ilə bağlı işçi qrupu yaradılıb.
Conflict.az