Ukraynanın tikinti şirkətləri Azərbaycan bazarına çıxmağı planlaşdırır » Conflict.az

Ukraynanın tikinti şirkətləri Azərbaycan bazarına çıxmağı planlaşdırır

Foto

152

Ukraynanın tikinti şirkətləri Azərbaycan bazarına çıxmağı planlaşdırırUkraynanın Regional İnkişaf, Tikinti və Mənzil-Kommunal Təsərrüfatı Nazirliyi yerli tikinti şirkətlərinin xarici bazarlara, xüsusilə də, Orta və Yaxın Şərq ölkələrinə çıxmaq imkanlarını öyrənir.
"Report" "Economics" nəşrinə istinadən xəbər verir ki, bu barədə Ali Radanın Tikinti, şəhərsalma və mənzil-kommunal təsərrüfat məsələləri üzrə komitəsi sədrinin birinci müavini Dmitri Andriyevski regional inkişaf naziri ilə görüşünün yekununda bildirib.
"Səhər müşavirəsi zamanı Gennadi Zubko hazırda nazirliyin tikinti şirkətlərinin çıxışı üçün yeni bazarlar axtardığını bildirib. İlk növbədə, bu Orta və Yaxın Şərq bazarlarıdır. Misirdə, həmçinin keçmiş Sovet respublikaları, ilk növbədə Azərbaycan, Qazaxıstan və Türkmənistanda bu cür işlərlə bağlı çox ciddi niyyətlər var", - deyə Andriyevski qeyd edib.
Conflict.az