Daha bir UNO görüntüləndi

Foto

93

Daha bir UNO görüntüləndiBankok səmasında uçan naməlum obyekt görüntülənib.

Bu barədə TASS agentliyi məlumat yayıb.

Məlumatda uçan naməlum obyektin özündən sonra ağ duman zolağı buraxdığı bildirilir. Bankokdan 200 kilometr məsafədə yerləşən qonşu Kançanaburi vilayətinin sakinləri də səma qonağını gördüklərini bildirirlər. Bəzi mənbələr isə bunun uçan naməlum obyekt deyil, meteorit olduğunu iddia edir.

Qeyd edək ki, Tailand rəsmiləri hələ də uçan naməlum obyektin və ya meteoritin ölkə ərazisinə düşdüyünü təsdiqləməyiblər.
Conflict.az