Tailanda böyük meteorit düşüb

Foto

605

Tailanda böyük meteorit düşübTailandın paytaxt sakinləri bu gün qeyri-adi hadisəni müşahidə ediblər. Böyük naməlum obyekt arxasından ağ tüstü buraxaraq səmada uçub. Yox olmamışdan öncə naməlum obyekt alışıb, ancaq partlayış səsi eşidilməyib.

Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata əsasən, Tailand sakinləri meteoritin düşməsinə şahid olduqlarını güman edirlər. Hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.

Banqkokdan 200 kilometr uzaqlıqda yerləşən qonşu Kançanaburi vilayətinin sakinləri də göy cismi görüb və partlayış səsi eşidiblər.
Conflict.az