Türkiyədə ağır yol qəzası: 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb

Foto

120

Türkiyədə ağır yol qəzası: 5 nəfər ölüb, 2 nəfər xəsarət alıbTürkiyənin Ərzincan şəhərində minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində 5 nəfər ölüb, 2 nəfər ağır yaralanıb.


APA-nın Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, qəza Ərzincan-Sivas yolunun 20-ci kilometrliyində qeydə alınıb.


Məlumata əsasən, yük maşını ilə toqquşan minik avtomobili yolun kənarındakı hasara çırpılıb.


Qəza nəticəsində avtomobildə olan 4 nəfər hadisə yerində, 3 yaşlı uşaq isə xəstəxanada keçinib. Ağır yaralanan minik avtomobilinin sürücüsü və daha 1 sərnişin Ərzincan xəstəxanasına yerləşdirilib.
Conflict.az