İSLAM - Allahdan başqa heç kimdən qorxmuram!

Elm

957

İSLAM - Allahdan başqa heç kimdən qorxmuram!İSLAM - Allahdan başqa heç kimdən qorxmuram!
İSLAM - Allahdan başqa heç kimdən qorxmuram!
Hər şeydən əvvəl onu deməklazımdır ki, namaz qılmaq, ümumiyyətlə imana gəlmək hər bir insana nəsib olmur.Yer kürəsində yaşayan insanların bir hissəsi Axirət günü mütləq cəhənnəmə, layiqli hissəsi isə cənnətə düşəcəklər. Odur ki, Allah cənnətlik insanları özü seçir və bu həyyatda olarkən onları iman, haqq yoluna qoyur. Belə insanlar ən çətin sınaqlar qarşısında əyilmir, imanları azalmır və səbir göstərərək Allah yolundan çıxmırlar.Digərləri, əvvəlcədən mənfi insan kimi yarananlar Allahı tanıməır, ona şərik çıxarır. pul və dövlət hərisliyi ilə yaşayır, insanlara zülm edirlər... Bunlar Axirət günü cəhənnəmdə yanmaq üçün yaranan insanlardır.Onlar yaranarkən onların gözləri və qulaqları bağlı oluer və onlar yalnız nəfslərini doyuzdurmaqla, pul, dövlət rüşvət, oğurluq və başqalarına zülm verməklə ömürlərini mənasız yaşayırlar.Onlar tez-tez Allahın adını çəksələr belə, Rəbbini tanımır və onun əmirlərini yerinə yetirmirlər. LakinAllah-Təala Məhəmməd Peyğəmbər (s.ə.s) vasitəsilə Qurani-Kərimi bizə nəsib etdikdə hətta belə zalım insanlara da imana qayıtmaq üçün açıq qapı qoymuşdu. Doğrudan da Allah mərhəmətli və bağışlasyandır! Bu dəfə imana qayıtmağın əsas yollarından biri olan namaz haqqında söhbət açacağıq.Hər bir insanın bir canı və bir ruhu var. Gündə bir neçə dəfə yemək yeməklə insanlar qarınlarnı doyuzdurur və tox olaraq fiziki əməllər edirlər. Lakin ruhlarını doyuzdurmayanlar əsasən bədbəxt, imkanlarından asılı olmayaraq tənha və daimi qorxu içində yaşayırlar.İnsanın ruhu da sanı kimi daim qidalanmalıdır, bunu isə Namazla həyata keçirmək olar. Namazda insan Allaha sığınır, kömək və doğru yola yönəlməsi üçün Ondan hidayət diləyir. Həqiqətəndə namaz nəfsi saflaşdıran, əxlaqı gözəlləşdirən, ruhu və mənəviyyatı daim yeniləyən ən gözəl vasitədir. Namaz insanı doğru yolda saxlayan, yaralarına məlhəm olan, qorxusunu yox edən, zəifliyini unutduran və zalımlardan uzaq eedən vasitədir. Allah-Təala buyurur ki, "Ey iman gətirənlər, səbir və namazla Allaha dayanın, Həqiqətən, Allah səbir
edənlərdəndir". (Əl-Bəqərə, 45). İnsan namaz qılarkən, ruku və səcdədə Allaha yaxın olar, yıxılmaz bir dayağa söykəndityini hiss edər. Namaz qılan adam artıq heç kimdən qorxmur, nə zülmkar rəisindən, nə də qarşısına çıxan təhlükədən.Daim Allahın himayəsində olan namaz qılan insanlar ölümdən belə qorxmurlar, ona görə ki, savadlı insan olaraq o dünyada daha gözəl və firavan məkan və cəmiyyətdə olmalarına əmindirlər. Namaz qılandan sonra insan hiss edir ki, bir az əvvəl Allah-Təalanın hüzurunda idi və bir müddət sonra o biri namazı qılacaq, yenə Allah -Təalanın hüzurunas gələcək.Hər namazda Allah -Təaladan onu düzgünyola yönəltməsini istəyir.Beləcə,insan namazdan-namaza Allah-Təala ilə ünsiyyətdə olur.Günah iş götrmək və ya çirkin əməllərə əl atmaq onun ağlına gəlmir. Bir namazdan sonra günah edib,obiri namaza hansı üzlə gedə bilər?! İki namazın arasında Allah -Təalanı necə unutmaq olar?!
Namaz insana tərbiyəvi yöndən də təsir göstərir. Namaz qılanda insan təsəvvür edir ki. dünyanın hər bir tərəfində namaz qılanlar birdir və hamı tək Allaha yönəlib, bir qibləyə üz tutub namaz qılır. Bir məscidə yığılan müsəlmanlıar birliyi hiss edir. Namazı dəqiqliklə, vaxtlı-vaxtında qılmağa və bir namazdan sonra o biri namazı gözləməyə adət etmiş müsəlman başqa işlərində də dəqiq olur, heç bir şeyin, eləcə də Rəbbi ilə görüşəcəyi vaxtını itirmir, heç bir dünya əməli bunu ona unutdura bilmir. Bir sırada o biri namaz qılanlarla yan-yana sıx və bir imanın arxasında dayanan müsəlman nizam-intizamı öyrənir. İmanın arxasında imama uyaraq və onu keçməmək şərtilə, namazı axıra qədər qılanda müsəlman əmrə tabe olmağa və heç zaman əmrdən çıxmağa vərdiş edir.
İSLAM - Allahdan başqa heç kimdən qorxmuram!
çətin sınaqlar qarşısında əyilmir,
İSLAM - Allahdan başqa heç kimdən qorxmuram!
İSLAM - Allahdan başqa heç kimdən qorxmuram!
İSLAM - Allahdan başqa heç kimdən qorxmuram!
İSLAM - Allahdan başqa heç kimdən qorxmuram!
İSLAM - Allahdan başqa heç kimdən qorxmuram!
İSLAM - Allahdan başqa heç kimdən qorxmuram!
İSLAM - Allahdan başqa heç kimdən qorxmuram!
Namaz -dinin dirəyi və ən yüksək dəyərlərdən biridir. Namazın dindəki mövqeyi başın bədəndəki yeri kimidir. Namaz imanı artıran, Allahla əlaqəni saxlayan və ruhu sakitləşdirən nicat yoludur. Namaz ruhun qidası və nəfsin tərbiyəsidir.
İSLAM - Allahdan başqa heç kimdən qorxmuram!
İSLAM - Allahdan başqa heç kimdən qorxmuram!
İSLAM - Allahdan başqa heç kimdən qorxmuram!
Namaz qılmağın zamanı və məkanı yoxdur!
Rəbbinə olan məhəbbət insanıarı birləşdirir
Allaha əmanət olun!
İSLAM - Allahdan başqa heç kimdən qorxmuram!
Tanrı ona itaət edənləri hər bir bəladan hifz edər
Namaz qılan qadınlar Yer üzündəki mələklərə bənzəyirlər.
İSLAM - Allahdan başqa heç kimdən qorxmuram!
İSLAM - Allahdan başqa heç kimdən qorxmuram!
İSLAM - Allahdan başqa heç kimdən qorxmuram!
Namaz möminin ən vacib ibadət borcudur. Bu borcu yerinə yetirən hər möminin qəlbi hüzurla dolur. Bunu bir çox psixoloq və psixiatr da vurğulayır. Sözügedən mövzuda Qərbin tanınmış alimlərindən biri olan Aleksis Karrel (Alexis Carrel) namazın ruhi-mənəvi faydaları haqqında müxtəlif araşdırmalar aparmışdır. İndi sözü Karrelə verək:

“Deyə bilərəm ki, namaz bugünədək məlum olan ən böyük güc və hərəkət qaynağıdır. Şəxsən mən özüm bir həkim kimi bunun bir çox əyani nümunələrini müalicə etdiyim xəstələr üzərində müşahidə etmişəm. Elə xəstələr olub ki, mən onları müalicə edə bilməmişəm. Tibb aciz qalıb kənara çəkilincə namaz araya girib və qısa müddətdə həmin xəstələr şəfa tapıblar.

Namaz şüa saçan radium elementi kimi enerji və hərəkət mənbəyidir. İnsan namaz qılarkən kainata hakim olan böyük bir qüvvə ilə əlaqəyə girir. Ona yalvarıb-yaxarmaqla bir işıq və nur verməsini istəyir. Həyatın sıxıntılarına tab gətirməkçin Ondan yardım diləyir. Hətta deyə bilərəm ki, bu yalvarış belə öz-özlüyündə insanın güc və fəaliyyətini bərpa etməyə kifayətdir. Çünki Allaha yalvarıb-yaxaran elə bir insan yoxdur ki, o yalvarışları gözəl nəticə şəklində geri qayıtmasın”[1].

Bəndənin Allaha yönəlməsi namazın ən böyük meyvəsidir

İbadət etməkdə məqsəd Allahın razılığını qazanmaqdır. Bununla yanaşı, hər ibadətin özünəxas faydaları vardır. Oruc nəfsi, zəkat da malı təmizləyir. Həclə insanın bağışlanması vacib olur. Allahın Cənnətin müqabilində satın aldığı can cihadla Ona təslim olur. Namazın ən böyük meyvəsi isə bəndənin Allaha yönəlməsi, Allahın da bu yönəlişə yönəlişlə cavab verməsidir.

Bəndənin namazda Allaha yönəlişi, demək olar, bütün ibadətlərin nəticələrini də ehtiva edir. Bu səbəbdən Allah Rəsulu (sallallahu aleyhi və səlləm) başqa ibadəti deyil, məhz namazı “gözümün nuru” adlandırmışdır. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) sözləri ilə məhz namaza başlamaqla gözlərinin həqiqi aydınlığa qovuşduğunu dilə gətirmişdir.

Namazda insan təkcə vücudu ilə qibləyə tərəf dönmür, bütün varlığı, qəlbi və ruhu ilə Allaha yönəlir. Vücud və üzün qibləsi Kəbə, qəlbin və ruhun qibləsi isə Kəbənin Rəbbi Allahdır. Bəndə namazda Allahın hüzurunda olmaqdan feyz alır. Namaz insanı ibadət şüuruna aşılayan ən böyük əməldir. Bəndə Allaha nə qədər yönəlirsə, Allah da bəndəyə o qədər yönəlir.

Namazda Allaha yönəlişin üç mərtəbəsi var və bu mərtəbələrin şərtlərinə tam əməl edildikdə namaz layiqincə qılınmış olur:

1. Bəndənin öz qəlbinə yönələrək onu şəhvət xəstəliklərindən və vəsvəsələrdən, namazın savabını yox edən və ya azaldan təhlükələrdən qoruması.

2. Bəndənin Allahı görürmüş kimi ibadət etməsi.

3. Bəndənin Allah kəlamının mənalarına yönəlməsi, namaza bir ibadət yox, übudiyyət (bəndəlik, qulluq) kimi baxması, yəni namazın hər anını Onunla bərabər keçirməsi, namazı xüşu və itminan içində layiqincə qılması.

Namazın sirri qəlbin büsbütün Allaha yönəlməsi və insanın bütün varlığı ilə Allahın hüzuruna təslim olmasıdır. Namazda bəndənin fikri yalnız Allahın yanında olmalıdır. Qəlb bilməlidir ki, o, Allahın hüzurunda durub.

Bir qüdsi hədisdə Uca Allah buyurur: “Ey Adəm övladı! Səni özüm üçün yaratmışam. Bütün məxluqatı da sənin üçün yaratmışam. Üstündəki haqqım xatirinə səni ibadət üçün Yaradanı (yəni məni) qoyub sənin üçün yaratdığım şeylərlə məşğul olma!”[2] Bəli, namaz insanı Allaha yaxınlaşdıran, Onu sevməsinə və Onunla irtibat qurmasına vəsilə olan ən qısa yoldur[3].

Namazın ən önəmli faydalarından biri də bəndənin təriflənən bir məqama çatmasına vəsilə olmasıdır. Uca Allah buyurur: “(Ya Rəsulum!) Gecənin bir vaxtı durub ancaq sənə xas olan əlavə (təhəccüd) namazı qıl. Ola bilsin ki, Rəbbin səni (qiyamət günü hamı tərəfindən) bəyənilib təriflənən bir məqama çatdırsın!”[4]

Namaz tənhalıq hissinə məlhəmdir

Digər tərəfdən, namaz tənhalıq kimi psixoloji problemin də çarəsidir. İnsanların bir-birindən ixtiyari və ya qeyri-ixtiyari uzaqlaşdığı, fərdiyyətçiliyin getdikcə hakim olduğu müasir mədəniyyətin bir xəstəliyi də tənhalıq hissidir. Namazın tək, yaxud camaatla qılınmasından asılı olmayaraq, insanı gündə ən az beş dəfə tənhalıq hissindən uzaqlaşdırır[5].

Psixiatrlar da məsləhət görürlər ki, dərdimizi tanıyıb-bildiyimiz insana deyək. Hər adama dərdi açıb danışmaq olmaz. Bir də vacib deyil ki, dərdini bölüşdüyün insan mütləq ya həkim, ya hüquqşünas, ya da din adamı olsun. Əsas olan, bu adamın həssas, anlayışlı və yardımsevər bir insan olduğunu hiss etməkdir.

Belə vəziyyətdə eşidən, görən və hər şeyə hakim olan Allaha yalvarmaq necə?! İnsan namaz qılmaqla bütün xəstəliklərdən qurtulmurmu?

Tomas Arnold namaz haqqında belə deyir: “Allaha müntəzəm edilən ibadətlərdən biri olan namaz müsəlmanları dini həyatlarında digər dinlərin nümayəndələrindən fərqləndirən ən əsas əlamətdir. Səyyahlar və digər insanlar İslam ölkələrində qılınan namazın ruhlara göstərdiyi təsir haqda xeyli düşünmüşlər”[6].

Kolin adlı bir ingilis gəmi ilə Mərakeşin Tancer şəhərinə səfər edərkən böyük bir fırtına baş verir. Gəmidəkilər əşyalarını dənizə atır, ora-bura qaçmağa başlayır, nə edəcəklərini bilmədən vurnuxurlar. Məhz belə bir vaxtda müsəlmanlar bir cərgədə durub təkbir, kəlmeyi-şəhadət gəririr və Allahı təsbih edirlər.

Kolin onların birindən nə etdiklərini soruşur. Belə cavab verirlər: “Allah üçün namaz qılırıq…”. Yenə soruşur: “Gəminin batma təhlükəsi sizi heç qorxutmur?”

– Xeyr, biz elə bir Allah üçün namaz qılırıq ki, bütün işlər yalnız Onun qüdrəti ilə olur. İstəsə, dirildər, istəsə, öldürər.

Bu cür təhlükəli anda belə müsəlmanların Allaha yönəlməsindən təsirlənən Kolin daha sonra İslamı araşdırır və müsəlman olur[7].

Namaz narahatlıq və stressi azaldır

Namaz narahatlıq və sıxıntıları aradan qaldırır. İnsan namazla əsl səadətə çatır, mütməin[8] qəlbə sahib olur və mənəvi rahatlıq tapır. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) bir çətinliklə üzləşəndə, və ya narahat olanda namaza sığınardı. Allah Rəsulu nədənsə sıxılanda namaza yönələr və azanı qəsd edərək müəzzini Bilala: “Bizi rahatlat, ey Bilal!” – deyərdi[9]. Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) bu sözləri namazın insanı rahatlatdığını, bəndənin sıxıntı və kədərini Allaha ərz edib yalvarmaqla rahatlıq tapacağını, bu gün geniş yayılmış stress və depressiv hallardan qurtulmaqda effektiv müalicə üsulu olduğunu göstərir.

Bəli, sıxıntı və kədər içində boğulan qəmli könüllərin məlhəmi namazdır. Qorxu bürümüş bir qəlb namazda rahatlıq tapır. Ürəyi qısılan və iztirab çəkən bir insanın dərmanı namazdadır.

Ulu Rəbbimiz necə gözəl buyurur: “(Ya Rəsulum!) Doğrusu, Biz onların (istehzalı) sözlərindən sənin ürəyinin qısıldığını bilirik! Sən isə Rəbbini tərifləyib şükür et, səcdə edənlərlə (namaz qılanlarla) birlikdə ol! Və sənə ölüm gələnədək Rəbbinə ibadət et!”[10]

Namaz kimi bir dostu olan tənhalıqdan necə şikayətlənə bilər?! Allah Onu (c.c.) zikr edən, dualarla yalvaran bəndənin ən böyük dostudur.

Məşhur amerikalı psixiatr Henri Link imansızlığın psixoloji xəstəliklərin əsas səbəbi olduğunu deyərək imana dönmüş və xəstələrini də imana çağırmışdır. Henri Link “Dinə qayıdış” adlı əsərində “Birinci dəfə məni dindən uzaqlaşdıran elm daha sonralar yenidən dinə yönəltdi”, – deyə bu məqama toxunmuş, xəstələrini ibadətgahlara getməyə təşviq etdiyini və onların məhz din sayəsində yaxşılaşdığını yazmışdır.

Link dinin insana psixoloji faydalarını bu cür izah edir: “Demək istəyirəm ki, əsas məsələ heç də mənim toplumun bir fərdi olaraq dinə qayıtmağım deyil. Əsas məsələ psixologiya elminin bu dönüşün səbəblərini kəşf etməsidir. Müxtəlif elmlərin cəmiyyətə bir çox faydaları ola bilər. Ancaq fərdə və topluma mənəvi rahatlıq gətirən, xəstəni sağalmağa ümidləndirib rahatladan, ailələrə xoşbəxtlik işığı bəxş edən yeganə amil imandır”[11].

Alman filosofu Leybnist də: “Ruhi-mənəvi sıxıntını və ya narahatçılığı aradan qaldırmaq üçün insan Allaha şüurlu şəkildə inanmalıdır. Çünki bu sıxıntı hər şeydən əvvəl şübhələrdən doğur, şübhə də qəlbin parça-parça olmasına gətirib çıxarır”[12], – deyir.

Aleksis Karrel də eyni mövzu ilə bağlı deyir: “Biz bu gün psixoloji gərginliklərin artmasının səbəbi kimi maddi dəyərlərin mənəvi dəyərlərdən üstün tutulmasını göstərə bilərik. Maddi həyata düşkünlük bəşəriyyətə xoşbəxtlik gətirməməklə yanaşı, insanın psixoloji gərginlik keçirməsinə də əngəl ola bilməmişdir. Çünki inancsızlıq insanı mənəvi uçuruma aparır”[13].

Gündəlik həyatda fərdlərlə, cəmiyyətlə bağlı problemlər və təbiət hadisələri insan psixologiyasına istər-istəməz təsir edir. Namaz isə qayğı və stressi azaldır. İnsanın hüzur və təslimiyyət hissi ilə Allahın (cəllə cəlaluhu) hüzurunda dayanması, yəni namaz qılması, dünyəvi sıxıntılardan tamamilə uzaqlaşması onun ruhuna sakitlik və hüzur gətirir.

Pensilvaniya Universitetinin (ABŞ) Tibb mərkəzinin mütəxəssisi professor Nevberqin (Newberg) namaz qılan və dua edən bir qrup müsəlman üzərində apardığı araşdırmanın nəticəsinə görə xüşu ilə edilən dua və təəmmül (yalvarış, düşüncə) əsnasında alının, yəni beyinin ön hissəsinin “Frontal lobe” adı verilən qərar qəbul etmə şöbəsində qanın miqdarı nəzərə çarpacaq dərəcədə artır. Hiss-həyəcan və reaksiya vermə ilə bağlı qərarlar beyinin bu şöbəsində verilir. İnsandakı hissi və davranış bacarıqları burada öyrənilir. Tədqiqatın nəticələri göstərmişdir ki, təfəkkür və Allaha yönəlmə anında insan özünü Allaha daha yaxın hiss edir, uca, ülvi duyğular keçirib qəlb rahatlığı və sakitlik tapır[14].

Namaz bir növ psixoteropiyadır

Namaz qılan insan Allahın hüzurunda oxuduğu “Fatihə” surəsində “Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!” ayəsi ilə verdiyi sözü şüuraltında tədricən möhkəmlədib əxlaqını bu ayəyə uyğunlaşdırmağa başlayır. Hiss eləməsə də, ayəni hər dəfə təkrarladıqca, mənası üzərində düşündükcə bu söz onun ruhuna işləyir.

Başlanğıcda bu, çətin gəlsə də, get-gedə insanın davranışlarına və təhtəlşüuruna işləyərək əxlaqi fəzilətlərə yiyələnməsinə səbəb olur. Fərdin bir şəxsiyyət kimi formalaşmasını tamamlayır, onun yetkin insan olduğunu və Rəbbi qarşısındakı məsuliyyətini hər zaman xatırladır.

Bəzi insanlar namazın ruh və mənasına enə bilməsələr də, səcdə onların təkəbbür və qürur hissini “rəndələyir”. Şəxsiyyətin inkişafında özünü göstərən ən təhlükəli xəstəlik qürurdur. Elə bütün çəkişmələrin, qovğaların və nifrətin kökündə də təkəbbür dayanır.

Bu yerdə mühüm bir məqama toxunmaq istəyirik. Məsələn, bir insan kədərlidirsə, çiyinləri sallanmış, başı önünə əyilmiş olur. Səsi astadan çıxır, içini qəhər qovurur. Bu adamın əhvalını yaxşılaşdırmaq üçün “Şax dur, çiyinlərin dikəlt, başını qaldır və gülümsə” desək və ruhlandırsaq, əvvəlki halından əsər-əlamət qalmaz.

Belə ki, namazı ciddiyyətlə qılan möminlərin ruhi-mənəvi halları və düşüncə tərzləri də hər dəfə səcdə edəndə yenilənir. Əlbəttə, insan bunun şüurunda olmalıdır, ancaq bu o demək deyil ki, namazın, xüsusilə də səcdənin bunun şüurunda olmayanlara heç bir faydası yoxdur. Qürurlu insan səcdə etməyi xoşlamır. Səcdə isə insanı təvazökarlığa öyrəşdirir.

Namaza durmazdan əvvəl ovqatı yaxşı olmayan bir mömin namazın hərəkətlərini lazımınca yerinə yetirərsə, sırf vücudunun vəziyyətini dəyişdirdiyinə görə sıxıntı və kədərdən xilas ola bilər. Daha sonra isə əllərini açıb dərdini, qüssəsini Rəbbinə (cəllə cəlaluhu) ərz elədiyi üçün (daha doğrusu, ürəyini boşaltdığı üçün) rahatlıq tapar.

Sırf bu baxımdan götürəndə, namaz bir növ psixoterapiyadır, insana psixoloji rahatlıq verir və ən əsası da Haqq qatındakı acizliyini hiss etdirib dünyaya göndəriliş qayəsini xatırladaraq “Madam ki, Allah var, o zaman qəm və kədərə nə hacət!” dedirir.

[1]Yusuf əl-Qardavi, İbadət, s. 314.

[2]Münavi, “Feyzül-qadir”, “Darül-kütubil-elmiyyə”, I nəşr, Beyrut 1994, II/387

[3]İbn Qayyim əl-Cövziyyə, “Əsrarüs-salət”, nəşr: “Məktəbüs-şamilə”, s.7

[4] “İsra” surəsi, 17/79.

[5]Polad Has, “Sıkıntıların Giderilmesinde İbadet”, “Sızıntı” dergisi, 119, s. 172.

[6]Əbdürrəzzaq Nofəl, “İslam və müasir elm”, V/188.

[7]Əbdürrəzzaq Nofəl, e.a.ə., V, 190.

[8]Yəqinlik hasil etmiş, şübhə etməyən

[9]Əbu Davud, “Ədəb”, 86

[10]“Hicr” surəsi, 15/97-99

[11]Mikdat Yalçın, “İman ve Ahlakın Hayati Değerleri”, “İmanın Lüzum ve Değeri” Örnek medeniyet Eğitim ve Kültür Araştırmaları Vakfı, İstanbul 1997, s. 33-34.

[12]Mikdat Yalçın, “İman ve Ahlakın Hayati Değerleri”, s. 34.

[13]Aleksis Karrel, “Modern hayat ve Psikolojik Sıhhat”, s. 28.

[14]“Nevsveek” jurnalı, 7 may 2001. Religion and the brain.
İSLAM - Allahdan başqa heç kimdən qorxmuram!
İSLAM - Allahdan başqa heç kimdən qorxmuram!
İSLAM - Allahdan başqa heç kimdən qorxmuram!
İSLAM - Allahdan başqa heç kimdən qorxmuram!
İSLAM - Allahdan başqa heç kimdən qorxmuram!
İSLAM - Allahdan başqa heç kimdən qorxmuram!
İSLAM - Allahdan başqa heç kimdən qorxmuram!
İSLAM - Allahdan başqa heç kimdən qorxmuram!
İSLAM - Allahdan başqa heç kimdən qorxmuram!

GECƏ NAMAZI QILMAĞIN DÜNYƏVİ FAYDALARI

Gecənin axır vaxtlarında yuxudan durub gecə namazı qılmaq cismi sağlamlığa səbəb olur. Həzrət Əli əleyhissalam-dan rəvayət olunub ki, “Hər kəs çox yatsa, xüsusilə də sübh vaxtı, bədənində ağırlıq və kəsalət olar.”
Gecə namazı gözün nurunu artırır, ruzini bol edir, məhəbbətə səbəb olur. Bir hədisdə buyurulur ki, bir qadın Həzrət İmam Sadiq əleyhissalam-ın yanına gəlib dedi: Ey Peyğəmbərin övladı, ərim məni çox istəmir, mən nə edim? Həzrət buyurdu: Get gecə namazı qıl. O qadın bir müddətdən sonra yenidən həzrətin hüzuruna gəlib təşəkkür edərək dedi ki, o vaxtdan bəri ərim məni istədiyi qədər heç kəsi istəmir.
Həzrət buyurdu ki, Allah rəhmət eləsin o qadına ki, gecə namazına durub ərini də namaza oyatsın, həmçinin, Allah rəhmət eləsin o kişiyə ki, özü gecə namazına qalxıb arvadını da namaz üçün oyatsın.

GECƏ NAMAZININ AXİRƏT FAYDALARI

Allah taala gecə namazı qılan şəxslərlə iftixar edir. Gecə namazı qəbirdə, Siratda, Mizanda onu qılan şəxs üçün bir nurdur. Allah gecə namazı qılanlardan razıdır, onları elə bir məqama çatdırar ki, bu əməli yerinə yetirmədən bir kəs həmin məqama çata bilməz. Zəhmət çəkmədən xəzinə tapmaq olmaz, səy edib çalışanlar muzd (haqq) ala bilər.
İSLAM - Allahdan başqa heç kimdən qorxmuram!
İSLAM - Allahdan başqa heç kimdən qorxmuram!
İSLAM - Allahdan başqa heç kimdən qorxmuram!
İslamın ən mühüm ibadəti olan və Quranda bir çox yerdə zikr edilən namazın Allaha şükür vəzifəsi olmaqla yanaşı, sosial, psixoloji, iqtisadi, əxlaqi və fizioloji cəhətləri də var. FaktXəbər olaraq maddə-maddə namazın faydalarını oxuculara təqdim edirik:

1. Namaz, gündəlik həyatı planlaşdırır. Günü 5 hissəyə ayırır. Gündəlik proqram yaradır, insanı zaman məfhumu ilə üz-üzə qoyur və hər günün dolu olmasına yol açır.

2. Namaz təmizliklə başlayır. Çünki bədən və ətraf mühitin təmizliyi, namazın vaciblərindəndir.

3. Bir kəsin əqidə vəziyyətini bildirmək üçün, "namaz qılan adamdır", - deyirik. Namaz İslamın simvolu halına gəlib. Müsəlmanlar namazı, Allahın bir əmri olduğu üçün qılırlar. Ancaq Allahın bu əmrini yerinə yetirərkən özləri də bilmədən onun saysız-hesabsız nemətlərindən də istifadə edirlər. Əslində dinimizin heç bir əmri ağıla, məntiqə, elmə və sağlamlığa zidd deyil. Hamısında bir hikmət və xeyir vardır.

4. Namaz qılmaq həkimlər tərəfindən xəstələrin oynaq revmatizmini müalicəsində ən effektiv qoruyucu vasitə kimi məsləhət bilinir. Rükuda kürək və qarın əzələləri işləyir ki, bu da mədə ətrafı üzərindəki piylərin əridilməsini təmin edir. Səcdədə baldır və bud əzələləri hərəkətə gəlir. Bağırsaqların hərəkəti bərpa olunub, qəbizliyin qarşısını almağa kömək edir.

5. Namazdakı bütün hərəkətlər ürəyin işləməsinə təsir edib, qanın bədənin ən ucqar nöqtələrinə getməsini sürətləndirir, eyni anda sinirləri rahatlaşdırır. Yuxusuzluğu aradan qaldırır. Səcdədə təzə qanla yuyulan beyin sağlam qalaraq, yaddaşın itirilməsinin qarşısını alır.

6. Gündə ən azı 17 rükətlik namaz və 34 səcdə yerinə yetirən orqanizmin ömür boyu bu hərəkəti təkrar etdiyi düşünülsə, bütün orqanizmin tarazlı hərəkətlərə qovuşduğu aydınlaşar.

7. 1980-ci ildə İstanbul Universitetinin Tibb Fakültəsində aparılan bir tədqiqatda diz oynağı revmatizmi olan və namaz qılan 30 xəstə ilə, yenə diz oynağı revmatizmi olan və namaz qılmayan 30 xəstə müqayisə edilib. Namaz qılanlarda şikayətlər və xəstəlik əlamətləri 50 yaşından sonra ortaya çıxdığı halda, bu xəstəlik namaz qılmayanlarda 40 yaşından etibarən görünüb.

8. Namaz qılanların oynağında 10 dərəcəlik hərəkət məhdudlaşdırılması var, qılmayanlarda bu məhdudiyyət 25 dərəcəyə çatır. Aparılan eyni araşdırmalar zamanı namaz qılanların 10 pilləli nərdivanı orta hesabla 22 saniyədə, qılmayanların isə 34 saniyədə çıxdığı məlum olub.

9. Namaz, koordinasiya, uyğun bir ruhi və fiziki hərəkətlər ardıcıllığıdır. Ayaq üstə duranda, dik dayanmaq təklif edilir, ikinci hissə olan rükuda belin ayaqlarla 90 dərəcəlik bir bucaq altında dizləri bükmədən həyata keçirmək lazımdır. Yerə, səcdəyə getdikdə isə başın yerə dəyməsi ilə bədənin bütövlükdə daha aşağı səviyyədə olması təmin edilir. Bütün bu hərəkətlərin davamında bədənin bütün iradəli əzələləri və oynaqları tam uyğunluqla hərəkət edirlər.

10. Vyana Universitetinin Tibb Fakültəsinin professoru Dr.Hans Tischer məşhur ortopediya mütəxəssisidir. Bu elm xadimi öz sahəsi ilə bağlı hərəkətlər zənciri olan namazı araşdırmış və belə bir qənaətə gəlmişdir:
"Müsəlmanların namazı ortopedik baxımdan ayaqlar, diz, bud və topuqları, hətta barmaq oynaqlarına qədər bədənin hər oynağını hərəkət etdirir. Bundan başqa, boyun, çiyin, qol, ayaq, bel və qarın əzələlərinin hamısını böyük bir ahəng içində gərilib yumşalır və beləliklə, tam bir sağlamlıq mənbəyi olur. Üstəlik, bütün bu faydalı hərəkətlər gündə beş dəfə təkrarlanır. Orqanizm üçün bundan daha faydalı, daha rahatladıcı bir hərəkətlər toplusu ola bilməz.
İnsanların çoxu yaşları artdıqca boyun, bel və diz duzlaşmalarına görə hərəkət pozğunluqlarından əziyyət çəkirlər. Bir növ şikəst qalırlar.
Bu vəziyyət həyatlarının son mərhələsini ağrılar və sıxıntı içində və bir çox hərəkətlərindən məhrum şəkildə keçirmələrinə səbəb olur. Mütəmadi olaraq qılınan namaz bütün bu əziyyətlərin ən mükəmməl önləyici olur."

11. Namaz əslində gündə beş dəfə Allahın hüzuruna çıxmaq hadisəsidir. Allaha qarşı vəzifəsini yerinə yetirmək, Ondan kömək tələb etmək və bütün bunların mənəvi gözəlliyini yaşamaqdır.

12. Rahatlığa qovuşan və bu duyğular içində konsentrasiya olan insanların beyinlərində "dopamin", "interleukin-2" kimi maddələr ifraz olunur.
"Dopamin" rahatlıq, yüngüllük verən, gözəl duyğular təmin edən bir maddədir. "İnterleukin-2" isə insanın müdafiə sistemini qüvvətləndirir.
Əhval-ruhiyyənin yüksəlməsilə ağır xəstəliyə qalib gələn insanlarda "interleukin-2" müalicəsi əsas rol oynayır.
Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
İSLAM - Allahdan başqa heç kimdən qorxmuram!
İSLAM - Allahdan başqa heç kimdən qorxmuram!
İSLAM - Allahdan başqa heç kimdən qorxmuram!
Həmçinin, «İddətud-dai» kitabında Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm-dən nəql olunubdur ki, həzrət səhabələrə buyurdu: «Sizə dildə tələffüzü asan, əməl mizanında dəyərli, Rəhman Allahı xoşhal edən, şeytanı uzaqlaşdıran, behiştin xəzinələri olan beş kəlməni öyrədimmi?» Dedilər: «Əlbəttə, ya Rəsuləllah!» Həzrət buyurdu:

«Subhanəllahi vəl-həmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər və la hovlə və la qüvvətə illa billahil-əliyyil-əzim».

Başqa bir rəvayətdə Həzrət Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm buyurur: «Me`rac gecəsi bir behiştə daxil oldum, orada müşkdən olan bir səhra gördüm. Məlaikələr orada imarətlər tikirdilər. Kərpicləri qızıl-gümüşdən idi. Arada bə`zən dayanırdılar. Mən onlardan soruşdum ki, «siz nə üçün arada bə`zən dayanır və sonra işi davam etdirirsiniz?» Dedilər ki, biz nəfəqə gözləyirik. Dedim ki, nəfəqə nə deməkdir? Dedilər ki, mö`minin «Subhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər» deməsidir. Bunların əsli və kökü yerdə, budaqları isə asimanlardadır. Bu kəlmələr insanı asimani bəlalardan, ağır ölümdən, uçurumun altında qalmaqdan qoruyub hifz edirlər. Bu kəlmələr insanın həmişəlik qalan saleh əməlləridir.

Diqqət yetirilməlidir ki, bu kəlmələrin savabını əldə edib onlardan faydalanmaq o halda mümkün ola bilər ki, gələcəkdə Allahın və Peyğəmbərin əmrindən boyun qaçırmasın, günah etməklə onları puça çıxartmasın. Peyğəmbərdən rəvayət olunub ki, hər kəs bir dəfə «subhanəllah» desə, cənnətdə onun üçün bir ağac əkilir. Hər kəs «əlhəmdu lillah» desə, onun üçün cənnətdə bir ağac əkilir. Hər kəs «la ilahə illəllah» desə, onun üçün cənnətdə bir ağac əkilir. Hər kəs «Allahu əkbər» desə, onun üçün cənnətdə bir ağac əkilir.» Qüreyşdən bir kişi dedi: «Onda bizim behiştdəki ağaclarımız nə çoxdur!» Həzrət buyurdu: «Bəli, amma ehtiyatlı olun ki, od parçası göndərib onları yandırmayasınız. Bu həmin Allahın kəlamıdır ki, buyurur:

«Ey iman gətirənlər, Allaha itaət edin, Onun Rəsuluna itaət edin və (Allahın əmrlərindən boyun qaçırmaqla) öz əməllərinizi batil (puç) etməyin.»

وَمِنَ اللَّيْلِ فَسَبِّحْهُ وَإِدْبَارَ النُّجُومِ

«Gecənin bir qismində Ona (Allaha) təsbih de və namaz qıl, Allahı yad et, ulduzların qayıtdığı vaxt, fəcrin açıldığı zaman – gündüz olanda.»

Bu ayədə Allahı zikr etməyin mühüm olan və buna da əmr olunan iki yeri bəyan edir və buyurur ki, birincisi gecənin bir qismidir. Həzrət İmam Baqir və İmam Sadiq əleyhissalam-dan nəql olunub ki, səhər vaxtı dedikdə, məqsəd gecənin axırıncı üçdə bir hissəsi nəzərdə tutulur. Həmin vaxtda təsbih deməkdən məqsəd, on bir rəkətdən ibarət olan gecə namazıdır. Onlardan dörd dənə iki rəkətli namaz gecə namazı, iki rəkəti şəf` və bir rəkəti vətr namazı niyyəti ilə qılınmalıdır. Ayədəki «İdbarənnəhar»dan məqsəd sübhün iki rəkət nafiləsi və iki rəkət sübh namazının özüdür. Bə`zi müfəssirlər də demişlər ki, bu şərif ayə zikrin davamlı olmasına işarədir. Yə`ni yuxudan ayılandan gecə yatan vaxta qədər hər bir halda və zamanda Allahı yad et. Çünki Allah bir an belə səndən qafil qalmır və daimi olaraq sənin keşikçindir. Və bəlkə də

الذين يذكرون الله قياماً وقعوداً وعلى جنوبهم

ayəsi məhz həmin mə`naya dəlalət edir. Lakin bu ayənin zahiri Allah zikrinin zikr olunduğu vaxtlardakı xüsusiyyətlərinə işarədir. Xüsusilə sair ayələrin də işarə etdiyi kimi, səhər çağlarında istiğfar edənlər...

Rəsuli Əkrəmin be`sətinin əvvəllərində gecə namazı qılmaq onun əhəmiyyətinə görə bütün müsəlmanlara vacib idi. Sonradan müsəlmanlara asan olsun deyə, müstəhəb edildi və «Müzzəmmil» surəsində bəyan olunduğu kimi, yalnız Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm-ə vacib oldu. Hər hansı çətinlikdə, məşəqqətdə olmayan hər bir müsəlmana layiqdir ki, gecə namazını tərk etməsin və özünü bu böyük səadətdən məhrum etməsin. Məhz bu səbəbdən də bə`zi rəvayətlərdə Əli əleyhissalam-ın şiələri olmağın əlaməti gecə namazına durmaq kimi tə`bir olunmuşdur.


ƏLİ ƏLEYHİSSALAM-IN BƏYANINDA ŞİƏLƏRİN NİŞANƏLƏRİ

Əmirəl-mö`minin Əliyyibni Əbitalib əleyhissalam Əhnəf ibni Qeys üçün öz şiələrinin əlamətlərini bəyan edərək buyurdu ki, «...onların qədəmləri gecə namazına duran, rüku və səcdə halında əyilənlərdir; Qur`an oxuyurlar, onların Allahın xovfundan etdikləri ah-nalələri ucalar...»

Burada bir hədislə kifayətlənirik: Əli əleyhissalam bir aylı gecədə camat namazını qılıb qurtarandan sonra məsciddən çölə çıxdı. Səhabələrindən bir dəstəsi onun ardınca gəlirdilər. Həzrət soruşdu ki, siz kimsiniz? Ərz etdilər ki, biz sənin şiələrinik. Buyurdu: «Mən şiələrin əlamətlərini sizlərdə görmürəm.» Ərz etdilər ki, şiələrin əlamətləri hansılardır? Buyurdu: «Bizim şiələrimiz o kəslərdir ki, gecələr oyaq qalmaq nəticəsində üzləri saralar, zəifləyər, ağlamaq nəticəsində gözlərinin nuru azalar, qarınları oruc tutmaq nəticəsində arxaya çəkilmiş, kürəkləri rüku və səcdə etməkdən əyilmiş olar, ağızları çox dua oxumaq nəticəsində qurumuşdur. Budur Əhli-beyt əleyhissalam-ın şiələrinin sifətləri!»

GECƏ NAMAZI QILMAĞIN DÜNYƏVİ FAYDALARI

İmam Həsən Əsgəri əleyhissalam İbni Babəveyh Qumiyə yazdığı bir məktubda ona üç dəfə gecə namazı qılmağı tövsiyə edir. (Ələykə bisəlatilləyli).

İndi isə nümunə üçün gecə namazının bir neçə dünyəvi və bir neçə axirət faydalarını qeyd edirik:

Gecənin axır vaxtlarında yuxudan durub gecə namazı qılmaq cismi sağlamlığa səbəb olur. Həzrət Əli əleyhissalam-dan rəvayət olunub ki, «Hər kəs çox yatsa, xüsusilə də sübh vaxtı, bədənində ağırlıq və kəsalət olar.»

Gecə namazı gözün nurunu artırır, ruzini bol edir, məhəbbətə səbəb olur. Bir hədisdə buyurulur ki, bir qadın Həzrət İmam Sadiq əleyhissalam-ın yanına gəlib dedi: Ey Peyğəmbərin övladı, ərim məni çox istəmir, mən nə edim? Həzrət buyurdu: Get gecə namazı qıl. O qadın bir müddətdən sonra yenidən həzrətin hüzuruna gəlib təşəkkür edərək dedi ki, o vaxtdan bəri ərim məni istədiyi qədər heç kəsi istəmir. Həzrət buyurdu ki, Allah rəhmət eləsin o qadına ki, gecə namazına durub ərini də namaza oyatsın, həmçinin, Allah rəhmət eləsin o kişiyə ki, özü gecə namazına qalxıb arvadını da namaz üçün oyatsın.

GECƏ NAMAZININ AXİRƏT FAYDALARI

Allah taala gecə namazı qılan şəxslərlə iftixar edir. Gecə namazı qəbirdə, Siratda, Mizanda onu qılan şəxs üçün bir nurdur. Allah gecə namazı qılanlardan razıdır, onları elə bir məqama çatdırar ki, bu əməli yerinə yetirmədən bir kəs həmin məqama çata bilməz. Zəhmət çəkmədən xəzinə tapmaq olmaz, sə`y edib çalışanlar muzd ala bilər.

MƏRHUM MÜQƏDDƏS ƏRDƏBİLİNİN ÇATDIĞI YÜKSƏK MƏQAMLAR GECƏ NAMIZININ BƏRƏKƏTİNDƏN İDİ

Müqəddəs Ərdəbili Həzrət İmam Zaman əleyhissalam-ın hüzuruna dəfələrlə çatmışdı, həzrət İmam Əli əleyhissalam-ın qəbri üzərində o həzrətlə danışırdı. Onun özündən bu yüksək mə`nəvi dərəcələrə çatmağın səbəbi barədə nəql olunub ki, təhsilinin əvvəllərində bir tələbə ilə bir hücrədə qalırdım. Onunla sözləşib əhd bağladıq ki, bizim üçün hər nə baş versə, bir kəsə açıb deməyək. Nəhayət bir zaman oldu ki, heç nəyimiz olmadı, dostum aclıq nəticəsində çox zəiflədi, əhd bağladığımız üçün bunu heç kəsə açıb demirdi. Bir gün bir nəfər mədrəsəyə gəlib dostumun zəifləməsinin səbəbini (mən orada olmadığım halda) onun özündən soruşub. O, əvvəldə heç nə deməmişdi, amma onu and verdikdən sonra işin həqiqətini açır və deyir ki, aclığın və yoxsulluğun şiddətindən mən və dostum belə arıqlayıb zəifləmişik.

O şəxs dərhal hər ikisi üçün təam gətirib bir kisə də pul verir. Molla Əhməd (Müqəddəs Ərdəbili) gələndə hal-əhvaldan xəbərdar olur və dostuna e`tiraz edir ki, nə üçün açıb demisən, məgər əhd bağlamamışdıq? Xülasə, yeməyi bir yerdə yeyib pulları da yarıya bölürlər.

Müqəddəs Ərdəbili yatıb gecə yarısı oyanır görür ki, boynuna qusul düşmüşdür. Hamama gedir ki, qüsl etsin. Hamamçı qapını içəridən bağlayıb açmır. Müqəddəs Ərdəbili nə qədər israr edirsə hamamçı qapını açmır ki, açmır. Deyir ki, pulunu iki qat artıqlaması ilə verəcəyəm. Yenə də açmır, nəhayət pullarının hamısını verməyə razılaşır ki, təki qusl alıb gecə namazını əldən verməsin.

Həmin gecədən Allah taala ona xas bir lütf inayət edir və ondan cürbəcür kəramətlər görünməyə başlayır.
İSLAM - Allahdan başqa heç kimdən qorxmuram!
İSLAM - Allahdan başqa heç kimdən qorxmuram!
Həmçinin, eyni sırada namaz qılanlardan kimin yoxsul,
İSLAM - Allahdan başqa heç kimdən qorxmuram!
İSLAM - Allahdan başqa heç kimdən qorxmuram!
Əs-Səlamu Aleykum. Namaz qılmaq Allahın əmridir. Allah təala bizə buyurur ki, "Mən insanları və cinləri yalnız Mənə ibadət etmək üçün yaratdım". İbadət etmək bizim özümüz üçün lazımdır. Bizim özümüzə xeyirdir. Əlbəttə bizim ibadətlərimizin yalnız özümüzə faydası var. Bu ibadətlərdən də biri namaz qılmaq ibadətidir. Namaz qılmaq insana rahatlıq gətirir. Namaz qılanda iman artır. Bunu heç bir sözlə təsvir etmək olmaz. Allahın Rəsulu (ona və aləsnə salam olsun) namaz haqqında saysız-hesabsız kəlamlar zikr etmişdir. Onun ən gözəl sözlərindən biri də namazı suya bənzətməsidir. Belə ki, bu xəbər səhih kanallarla bizə gəlib çatmışdır ki, Allahın Rəsulu (ona və ailəsinə salam olsun) səhabələrə belə demşdir: "Sizdən brnizin evinin önündən hovuz (su, bulaq) axsa və hər gün beş dəfə həmin suda yuyunsanız sizin üzərinizdə kir, çirk qalarmı? Səhabələr cavab veriblər ki, əlbəttə kir qalmaz. Allahın Rəsulu belə buyurub: "Gündə beş vaxt qılınan namaz da belədir. Siz gündə beş vaxt namaz qılmaqla günahlardan yuyunub təmzlənərsiniz". Bu hədis məşhur hədislərdən biridir. Allahın Rəsulu (ona və aləsinə salam olsun) bizə xəbər vermişdir ki, əgər gündə beş vaxt namazımızı vaxtlı-vaxtında qılsaq bizim üzərmiizdə günahdan heç bir əsər-əlamət qalmaz. Çünki, Allah təala buyurmuşdur ki, yaxşı əməllər pis əməlləri yuyub təmizləyər. Namaz qılmaq Allahın əmrini yerinə yetirdyimiz üçün yaxşı əməldir. Əlbəttə namazın bir çox şərtləri var ki, bunlara ciddi şəkldə riayət olunmalıdır. İnaşallah vaxt tapdıqca yazarıq. Allah təala faydalı etsin. Salam Aleykum.
İSLAM - Allahdan başqa heç kimdən qorxmuram!
Gecə namazının fəziləti

İslam dinində ən çox təkid edilən və savabı bol olan müstəhəb əməllərdən biri və bəlkə də birincisi gecə namazı qılmaqdır. Gecə namazı qılmaq müsəlmana vacib (fərz) vəzifə olmasa da, hər bir möminə yaraşan və uca məqam verən əməldir.

İmam Cəfər Sadiq (ə) buyururdu ki, möminin şərəfi gecə namazı qılmağında, izzəti isə başqalarına möhtac olmamağındadır. İmam Riza (ə) buyururdu ki, ulduzların nuru yer əhlini işıqlandırdığı kimi, gecə namazı qılınan evlərin nuru da səma əhlinə (mələklərə) işıq saçar.

Gecə namazı qılmaq haqqında tövsiyələrlə müqəddəs kitabımız Qurani-kərimin bir neçə ayəsində rastlaşırıq. Allah-təala öz Peyğəmbərinə xitabən buyurur: “Gecənin bir vaxtında və ulduzlar batandan sonra (dan yeri söküləndə, yaxud sübh çağı) da Allahı təqdis edib şəninə təriflər de!” (Tur, 48). “Gecənin bir qismində Ona səcdə et (axşam, gecə namazlarını qıl) və gecə uzunu da Onu təqdis edib şəninə təriflər de!” (İnsan, 26). “Gecənin bir vaxtı durub ancaq sənə xas olan əlavə namazı qıl” (İsra, 79). Təfsir alimlərinin fikrincə, bu ayələrdə gecənin bir vaxtı, gecənin bir qismi qılınan və Peyğəmbərə xas olan namaz məhz gecə namazıdır. Məlum olduğu kimi, Həzrət Mühəmməd Peyğəmbər (s) bəzi məsələlərdə sıravi müsəlmanlardan fərqlənirdi. Bunlardan biri də gecə namazı qılmaq məsələsidir. Sıravi müsəlmanlara gecə namazı qılmaq vacib edilməsə də, Peyğəmbərə vacib idi və o həzrət hər gecə yuxudan ayılıb ibadətlə məşğul olurdu. O qədər namaz qılırdı ki, ayaq üstə durmaqdan ayaqları ağrıyırdı. Xanımı ümmül-möminin Aişə o həzrətə irad edib deyirdi ki, onsuz da Sənin günahın yoxdur, məsumsan; günahın varsa da, Allah hamısını bağışlayıb. Elə isə, niyə özünə bu qədər əziyyət verib əlavə namazlar qılır, “əl-əfv” deyə Allahdan bağışlanmaq diləyirsən? Peyğəmbər öz xanımının sualına sualla cavab vermişdi: “Deyirsən ki, Rəbbimə şükr edən bəndə olmayım?”

Gecə namazı qılmaqla əldə edilən savabların bir qismi bu dünyaya, bir qismi də o biri dünyaya aiddir. Bu gözəl ibadəti davamlı olaraq yerinə yetirən şəxslər əvəzini həm dünya həyatında, həm qiyamətdə, həm də cənnətdə mütləq görəcəklər.

Həzrət Mühəmməd Peyğəmbər (s) İmam Əliyə (ə) vəsiyyətində gecə namazı qılmağı üç dəfə təkidlə təkrar etmiş, sonra buyurmuşdu: “Gecə namazı ruzini artırar, sifəti nurandırar və əxlaqı gözəlləşdirər”. İmam Cəfər Sadiq (ə) buyururdu ki, hər kim gecələr namaz qılıb səhərlər ac qaldığını söyləyirsə, yalan deyir. Hədisin mənası budur ki, gecə namazı qılan adamın ruzisi heç vaxt kəsilməz və o, ac qalmaz.

Hədislərdən məlum olur ki, gecə namazı qılan adam borclarını tez və asanlıqla qaytarar. Gecə namazı həmçinin, insanın gözünün nurunu artırar, bədəndən xəstəlikləri uzaqlaşdırar.

Məlumdur ki, duaların qəbul edildiyi ən gözəl vaxtların sırasında gecəyarısı ilk yerdə durur. Deyirlər ki, bir gün İmam Cəfər Sadiqdən soruşdular: “Allahın Rəsulundan belə rəvayət edirlər ki, gecənin bir saatı var ki, həmin saatda mömin Allahdan nə istəsə, duası müstəcab olar. Elədirmi?” İmam cavab verdi: “Bəli, elədir”. Sual verən adam soruşdu: “Bu hansı saatdır?” İmam buyurdu: “Gecənin yarısından gecənin üçdən-biri qalana kimi müddət”. Həmin adam dəqiqləşdirmək üçün yenə soruşdu: “Bu, bütün gecələrə aiddir, yoxsa ilin müəyyən gecələrinə?” İmam cavab verdi: “Bütün gecələrə”.

Gecə namazı günahların bağışlanması üçün ən yaxşı fürsətdir. İmam Cəfər Sadiq (ə) buyurub ki, gecə namazı gündüz edilmiş günahların bağışlanması üçün vasitə olar. Bu namazda səmimi qəlblə deyilən “əl-əfv” duası birbaşa Allahın dərgahına ucalar və cavabsız qalmaz. Gecə yuxusunu özünə haram edib namaza qalxan adamı Allah-təala mələklərə nümunə göstərər və onunla fəxr edər.

Hədisi-qüdsidə buyurulur ki, Allah-təala Həzrət Musa Peyğəmbərə (ə) bunu vəhy etmişdi: “Gecənin zülmətində (ibadət üçün) yuxudan qalx, öz qəbrini cənnət bağlarından birinə çevir”. Həzrət Mühəmməd Peyğəmbər (s) isə cənnətin yolunun bu əməllərdən keçdiyini buyururdu: “Salamı aşkarda (uca səslə) verin, aclara yemək yedizdirin, camaat yuxuda ikən gecələr namaz qılın, sonra salamatlıqla cənnətə girin”.

İmam Riza (ə) gecə namazı qılmağın dünyada və axirətdə insana gətirdiyi faydaları sayaraq buyurmuşdu ki, gecə namazını qaydası ilə qılan adam qəbr əzabından xilas olar, cəhənnəm atəşindən amanda qalar, ömrü uzanar və dolanışığı yaxşılaşar (yəni ruzisi artar).

İmam Əlinin (ə) Peyğəmbərə istinadən buyurduğu kəlamda isə gecə namazının öz sahibinə gətirdiyi fayda və savablar bu şəkildə bəyan edilir: gecə namazı Allahın razılığını qazandırar; mələklərin sevgisini cəlb edər; bu, peyğəmbərlərin sünnəsi, mərifət nuru, imanın kökü, bədənin rahatlığıdır; gecə namazı şeytanı narahat edər; düşmən qarşısında silaha çevrilər; duaların müstəcab olmasına, əməllərin qəbuluna səbəb olar; ruzini artırar; ölüm mələyi insanın canını almağa gələndə şəfaət edər (yəni canının rahat alınmasına kömək edər); insanın qəbrində çırağa, altında yatağa dönər; sorğu-sual mələklərinə düzgün və rahat cavab verməyə yardım edər; qiyamətə kimi qəbrin içində ona munis olar. Gecə namazı qiyamət günündə adamın başı üstündə kölgəyə, başında taca, əynində paltara dönər; nura dönüb yolunu işıqlandırar; onunla cəhənnəm arasında pərdə olar; Allahın qarşısında hesab verərkən sübuta, mizan tərəzisinin xeyir əməllər qoyulan gözündə yükə, sırat üzərindən keçmək üçün icazəyə, cənnətə girmək üçün açara dönər.

İnsanı gecə namazı qılmaqdan məhrum edən bir sıra səbəblər var ki, şeytanın vəsvəsəsi, tənbəllik, günahları kiçik saymaq bunlara aiddir. Yalan danışmaq da bu səbəblərdən biridir. Hədislərdə deyilir ki, insan yalan danışanda gecə namazı qılmaq nemətindən məhrum olar, bunun nəticəsində də ruzisi kəsilər.

İslam böyükləri, məşhur alimlər və ariflər gecə namazına ciddi əhəmiyyət verir, hər gecə bu müstəhəb ibadəti icra etməyə çalışırdılar. Əllamə Təbatəbai xatırlayırdı ki, Nəcəf şəhərinə təhsil almağa gəldiyim ilk günlərdən məşhur arif Qazi Seyyid Əli Təbatəbainin dərslərinə qoşuldum. Bir gün mədrəsənin qapısında dayanmışdım. Ustad mənim yanımdan keçərkən durdu, əlini çiynimə qoyub söylədi: “Övladım, yadında saxla! Əgər dünya istəyirsənsə, gecə namazı qıl. Əgər axirət istəyirsənsə, yenə gecə namazı qıl”.



(Hədislər “Biharül-ənvar” kitabındandır, 87-ci cild, səh. 116-162).


İSLAM - Allahdan başqa heç kimdən qorxmuram!
İSLAM - Allahdan başqa heç kimdən qorxmuram!
kimin zəngin, kimin böyük kimin kiçik, kimin nazir və kimin sıravi olduğunun fərqinə varmırsan.Allahın hüzurunda hamı birdir.Onlar birlikdə, fərq qoymadan
yan-yana eyni sırada durub namaz qılırlar.Bununla müsəlmanlar birliyi dərk edir və ayrı-seçkiliyi rədd edirlər.Ən sonda isə xatırlamaq olar ki, namaz qılmağın sağlamlıq baxımından həddən çox faydası vardır. Namaz qılarkən hərəkətlərin bədənə olan xeyri haqqında alimlər dəfələrlə yazıb. Hər şeydən əvvəl, gündə bir neçə dəfə namaz qılan insanın nəfəs, mədə-bağırsaq və qan dövranı sistemləridaha yaxşı fəəaliyyət göstərir və ən əsası da beyin-sinir funksiyaları daim tənzimlənir.Namazqılan insanlar səbir edən və bağışlayan, dünya malında gözləri olmayan insan olduqlarından stress və əsəb xəstəlikləri keçirtmirlər.
NAMAZIN MƏNASI
Allahın biz insanlara vacib buyurduğu ibadətlərin arasında namaz ən önəmli yer tutur. "Namaz" sözü fars dilində "İtaət" mənasını verir və əksər hallarda İran, Türkiyə və Azərbaycanda istifadə olunur. Eyni ifadə digər müsəlman ölkələrində "Sallah" kimi istifadə olunur."Sallah" ərəb sözüdür və mənası eynidir-"İtaət".
NAMAZIN HÖKMÜ
Namaz qılmaq həddi-büluğa çatmış, ağlı başında olan hər bir adama vacibdir. Təəssüf ki, cəmiyyətimizdə "Hələ tezdir, cavanam", "Qocalanda namaza başlayaram" kimi fikirlər bəzi insanları namaz kimi İlahi ibadətdən yayındırır. Uca Allah buyurur: "JHalbuki onlara ancaq Allahsa-dini məhz Ona məxsus edərək həniflər kimi -ibadət etmək, namaz qılmaq və zəkat vermək əmr
olunmuşdu. Doğru din də budur!" (Əl-Beyyinə surəsi, 5). Belə düşünən insanların yadına salmaq lazımdır ki, dünya fanidir və hər kəsin həyatının nə vaxt bitəcəyi Tanrıdan başqa heç kimı məlum deyil. Biz bu gün yaşayırıq, amma nəinki bir ildən sonra, sabah və ya bir saatdan sonra nə vaxt nələr baş verəcəyini bilmirik. Ona görə "indi yox, qocaldan və ya qırx yaşımdan sonras başlayacağam" deyən
insanlar bir düşünsünlər ki, qocalanadək yaşayacaqları barədə onlara heç kim təminat vermir.Məgər kimsə onlarla bu barədə müqavilə imzalayıb?! Qeyb yalnız Allaha bəllidir.Unutmayın ki, insan həyatda yaradılan ən ali varlıq olduğu qədər də ən zəif məxluqdur.
Bismilləhir-rəhmanir-rəhim.


Fatihə
Fatihənin namazda böyük əhəmiyyəti olduğu kimi, namazın da başqa fərzlər arasında çox mühüm yeri var.
Namazda həyat deyiləndə, namaz qılınan vaxt, müddət, yer deyil, namaz əda olunarkən qəlbin və ruhun yaşadığı həyat nəzərdə tutulur. Həqiqətdə insanın həyatı onun cəsədinin yaşadığı deyil,–necəki bu bütün heyvanlardadır –onun qəlbinin imanla, Allahı tanımaqla və əqidəsi ilə yaşadığı həyatdır. Allahu Təala insanın qəlbini imanla dirildir, zülmətdən çıxarıb nura və hidayətə yönəldir.
Allahu Təala buyurub: ((Ey iman gətirənlər, Allahın və Rəsulunun, sizi yaşadan və həyat verən dəvətinə cavab verin, qəbul edin.)) (əl-Ənfal, 24)

Namazda qəlbin və ruhun yaşadığı həyat başqa olur. Həmçinin Allahu Təala namaz zamanı bəndənin qəlbinə baxar. Rüku, səcdə və qiyam kimi xarici hərəkətlər isə məhz qəlbin yaşadığı anların zahiri görünüşüdür. Bu zaman qəlbdə Allahın əzəməti, heybəti və tam mütilik olur.
Namazda həyat dedikdə, namazın hökümləri onun şərtləri, onu batil edən şeylər nəzərdə tutulmur. Bunları xüsusi fiqh kitablarından tapmaq mümkündür. Namazda qəlb və ruh qidalanır, buna bizim böyük ehtiyacımız var, hansı ki, cəsədlərimiz qidalanaraq bütün vaxtlarımızı məşğul edib. Peyğəmbərimiz (s.a.s.) kimi biz də namazda ruhumuzun səadətini, qəlbimizin fərəhini və itaətin ləzzətini hiss etməliyik. Namazın girişini sevinc və səbirsizliklə gözləməliyik.Peyğəmbərimiz (s.a.s.) buyurub ki, “Gözümün sevincini namazda etdim” Başqa bir hədisdə də buyurub ki, “Namazla bizi rahat et, ey Bilal”.
Həqiqətən namazda qəlbimizi və ruhumuzu yaşatmağa çox ehtiyacımız var.Çoxlarımız namazda bu ali hissləri və yüksək məqamları yaşaya bilmirik. Çünki namazı, boynumuzda qalan bir iş kimi ağırlıqla yerinə yetiririk ki, tez bitirib rahat olaq.
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------




Allaha ibadət
Allaha ibadət yaradılışımızın məqsədi və həyatımızın ən əsas qayəsidir.Allahu Təalə buyurur ki; “Cinləri və insanları yalnız mənə ibadət etsinlər deyə yaratdım”. (əz-Zariyat, 56). Bəs onda biz buna necə laqeyd və başı soyuq yanaşa bilərik?!Bundan bir şey əksildib və ya özümüzdən bir şey artıra bilərikmi?! Allahu Təala ehtiyacı olduğu üçün bizə ibadəti vacib etməyib, əksinə ibadətin bizə xeyri var ki, bizə təqvalı olmağa, günahlardan və rəzilliklərdən çəkinməyə kömək edir. Allahın rizasını qazanıb, cəhənnəmdən qurtulub cənnətə girməyə kömək edir.
Allahu Təala buyurur: “Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaradan Rəbbinizə ibadət edin. Bəlkə bununla təqvalı olasınız.” (əl-Bəqərə, 21).

Əslində biz həyatımızı ibadətə həsr etsək, bizə verilən bütün nemətləri yalnız Allahın itaətinə sərf etsək, hətta ömrümüz boyu səcdədə də qalsaq, Allahın bizə verdiyi bir nemətin şükrünü layiqincə edə bilmərik. “Allahın nemətlərini