QURBAN BAYRAMI

Elm

840

QURBAN BAYRAMI
QURBAN BAYRAMIDekabrın 20-də Qurban Bayramını qeyd edəcəyik. Qurban kəsmək İslam dininin gözəl əməllərindən, Allah-Təalaya yaxınlaşmağın vasitələrindən və Peyğəmbərimizin (s.ə.s) əməllərindəndir.
Qurban kəsməyin hökmü
Allah-Təala Qurani - Kərimin Əl -Kövsər surəsində buyurur: "Rəbbinə namaz qıl və qurban kəs". Belə rəvayət edilir ki, "Rəsulullah (s) iki kök qoçu qurban kəsib...
QURBAN BAYRAMI
"Həmçinin, Peyğəmbərimiz (s) müsəlmanları qurban kəsməyə həvəsləndirmişdir. Buna dair rəvayət olunan hədisdə Rəsulullah (s) belə buyurub: "Qurban Bayramı günü Allah-Təalaya, kiminsə qan tökməsindən (qurban kəsməkldən) daha sevimli əməl yoxdur. O (kəsilən qurban), Qiyamət günü buynuzları, tükləri və cüt dırnaqları ilə gələcəkdir. (Qurbanın) qanı yerə axmamışdan əvvəl Allah-Təalanın qatında başqa yerə tökülür. Nəfsiniz bunu (qurbanı) xoşluqla qəbul etsin".
Qurban kəsənin ədəbləri
QURBAN BAYRAMI
QURBAN BAYRAMI
Bütün İslam alimləri ortaq bir rəyə gəliblər ki, qurban kəsmək istəyən şəxsin Zilhiccə ayı girəndən Qurban kəsənə kimi dırnaqlarından və tüklərindən alması məkruhdur. Lakin bunu qurban kəsmək istəyən şəxs etməlidir, qurbanı öz əli ilə kəsməyəcəksə, kəsdirəcəyi şəxs bunları etməlidir. Saçdan, saqqaldan və bədənin tükündən, dırnaqdan almamaq müstəhəbdir, amma bunu etmək haram deyildir.
Ailəyə bir qurban kifayətdir.
QURBAN BAYRAMI
Qurban kəsən şəxsin özünün və ailəsinin adından bir qoyun kəsməsi kifayətdir. Çünki Peyğəmbərimiz (s.ə.s) özü və Əhli-Beyti adından bir qoç kəsmişdi. Əlbəttə, inək, dana və dəvə də kəsmək olar. Alimlərin rəyinə görə, 7 nəfər bir inəyin qurbanına şərik ola bilər. Fərqi yoxdur, 7 nəfər özünün və ya özü ilə ailəsinin də adından kəsirsə.
QURBAN BAYRAMI
QURBAN BAYRAMI
QURBAN BAYRAMI
QURBAN BAYRAMI
QURBAN BAYRAMI
QURBAN BAYRAMI
Qurbanın dəqiq kəsilmə vaxtı
Qurban Bayramından sonra qurban kəsilir, buna dair Peyğəmbərimizdən (s.ə.s) rəvayət olunan hədisdə Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur: "Kim (bayram namazıdan) namazdan əvvəl (qurban) kəsibsə, yerinə yenidən təkrar etsin". Başqa bir hədisdə də rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə deyib: "Bu günümüzdə (bayramda) ən birinci əda edəcəyimiznamaz, sonra (qurban) kəsməkdir. Kim namazdan əvvəl (qurban) kəsibsə, sadecə, ailəsinə (ehsan olaraq) ət paylamışdır, buy, lazım olan (qurban) qaydalarından sayılmır".
Qurbanlıq heyvana aid şərtlər
QURBAN BAYRAMI
Qurban kəsiləcək qoyunun yaşı 6 aydan çox, kəsiləcək inəyin yaşı 2 ildən çox və kəsiləcək dəvənin yaşı 5 ildən çox olmamalıdır. Qurbanlıq qoyunun böyük, kök və gözəl olması müstəhəbdir (arzu olunandır). Azətli, çox arıq, cılız, keyfiyyətsiz və sair kimi eyibləri olan heyvan qurban kəsilməməlidir.
Peyğəmbərimiz (s.ə.s) buyurub: "4 şey (eyib) var ki, qurbanlıqda (heyvanda) olmamalıdır: açıq-aydın gözləri çəp olan, açıq-aydın xəstə olan, axsadığı açıq-aydın görünən topal heyvan və təmizlənməsi çətin olan arıq heyvan. Ola bilsin, bəzi heyvanlar yaşlaşdıqca əti yeməli olmur. Məsələn, bəzi yerlərdə inək 2 ildən çox qaldısa, ya əti bərkiyir, ya da yeməli olmur. Bu halda münasib və daha çox əti olan inək kəsilməlidir. Yaxud da əgər 2 yaşı tamam olmuş erkək dana yoxdursa, 2 yaşı olanların hamısı sağlam inəkdirsə, bu zaman ziyan olmasın deyə, ən böyük erkək dana kəsilə bilər, çünki şəriətdən əsas məqsəd qurbanlıq heyvanın çoxətli və sağlam olmasıdır.
Qurban kəsdirənin kəsilən yerdə olması
Qurban kəsdirən şəxs özü kəsə bilmədiyindən, heç olmasa, qurban kəsilən vaxt həmin yerdə olmalıdır, bu müstəhəbdir. Rəvayətə görə, Peyğəmbərimiz (s.ə.s) buyurmuşdur: "(Qurban) kəsərkən orada olun, çünki (qurbanlıqdan) ilk damla qana (axan kimi) görə bağışlanırsınız". Qurban kəsilən zaman qurbanın sahibi və kəsən şəxsin "Bismillahi-vəllahu-əkbər" deməsi müstəhəbdir. qurban kəsdirən şəxsin bunu da "Allahumməhəzə-minkə və ləkə Allahummə-təqabbəl-minni" deməsi müstəhəbdir. Mənası belədir: Allahım, bu Sənədir və Sənin üçündür, Allahım, məndən qəbul et!".
Qurban ətinin paylanması.
Müstəhəb olardı ki, qurban kəsən şəxs qurbanlığın ətindən üçdəbirini özailəsinə, üçdəbirini yoxsul və ehtiyacı olan qonşularına, qohumlarına, yaxınlarına və üçdəbirini də ehtiyacı olub, istəyən imkansızlaraversin. Allah-Təala Əl-Həcc surəsinin 36-cı ayəsində buyurur: "Ondan (qurbanlıq ətdən) dilənçiyə (əl-açıb istəyənə də) yedirin".
Peyğəmbərimiz (s.ə.s) buyurub: "Öz əhli-beytinə (ailəsinə) üçdəbirini, kasıb qonşularına üçdəbirini yedirsin.Sorub istəyənlərə (dilənçilərə) də üçdəbirini sədəqə etsin".
Qurban kəsdirən şəxs kəsdirdiyi adama qurbanlıqdan işinin əvəzi kimi heç nə verməli deyil. Qurbanlıqdan iş haqqı kimi kəsən adama vermək olmaz. Lakin kəsdirən adam kəsənin yoxsul və kasıb olduğuna görə ona ətdən pay kimi verə bilər, lakin bu iş haqqı olmamalıdır. HəzrətƏlidən (ə) belərəvayət edilir: "Peyğəmbərimiz (s.ə.s) mənə əmr etdi ki, dəvəni qurban kəsərkən işin üstündə durum, ondan kəsən adaa heç nə verməyim". Qurban kəsdirən şəxs, həmçinin, qurbanlığın nə ətindən, nə də dərisindən satmalıdır, lakin dərisindən özü faydalana bilər.
Conflict.az