İSLAM - İSLAMIN YARANMASI

Elm

1 946

İSLAM - İSLAMIN YARANMASI
İSLAM - İSLAMIN YARANMASI
İSLAM - İSLAMIN YARANMASI
İSLAM - İSLAMIN YARANMASI
İSLAM - İSLAMIN YARANMASIİslam səmavi dinlərin sonuncusu sayılır.
İSLAM - İSLAMIN YARANMASI
Bu din vıı əsrin əvvəllərində təşəkkül tapmağa başlamışdır. Bu elə bir dövr idi ki, xristian Bizans və atəşpərəst Fars imperiyaları arasında səngimək bilməyən müharibələr hər iki dövləti zəif salmış, xalqları olmazın məhrumiyyətlərə düçar etmişdi. Din müharibə və işğalçılıq məqsədlərinə bəraət qazandırmaq üçün istifadə edildiyindən bir tərəfdən mühafizəkarlığı güclənmiş, digər tərəfdənsə onu islah etmək, yeniləşdirmək, milyonlarla insanın tələbatına uyğunlaşdırmaq meylləri oyanmışdı. Belə bir vaxtda Məhəmməd peyğəmbər Ərəbistan yarımadasının mərkəzində - Məkkə və Mədinə şəhərlərində islamı təbliğ eməyə başladı.
İSLAM və HƏNİFİLİK
İSLAM - İSLAMIN YARANMASI
Məhəmməd peyğəmbər gətirdiyi dini hənifiliklə bağlayır və deyirdi ki: "Mən saf hənifiliklə rəsul göndərilmişəm". Bəs görəsən, hənifilik nədir?
İSLAM - İSLAMIN YARANMASI
Biz yəhudilikdən danışanda artıq qeyd etmişdik ki, İbrahim peyğəmbərin xanımı Sara onun kəniz Hacərdən doğulmuş oğlu İsmayılı anası ilə birlikdə evdən qovmuşdu. İbrahim peyğəmbər də onları aparıb Məkkədə-Kəbənin yanında qoyub qayıtmışdı. Körpə İsmayıl su istəmiş, Allahın əmri ilə Zəmzəm quyusundan su fəvvarə vurmuşdu. İsmayıl boya-başa çatdıqdan sonra ərəb Cürhüm qəbiləsindən qız almış, ərəblər ondan törəmişdilər, ona görə də bəni-İsmayıl-İsmayıl oğulları kimi tanınırlar. Deməli, İbrahim peyğəmbər ərəblərin ulu əcdadı sayılır. Onun dini isə hənifilik olmuşdur.
İSLAM - İSLAMIN YARANMASI
İSLAM - İSLAMIN YARANMASI
İSLAM - İSLAMIN YARANMASI
İSLAM - İSLAMIN YARANMASI
Quranda deyilir ki: "İbrahim nə yəhudi, nə də xaçpərəst idi. O ancaq hənif müsəlman idi və Allaha şərik qoşanlardan deyildi" (Ali-İmran, 67). Hənif batildən haqqa meyl edən, Allahın birliyini qəbul edən və özünü Allahın iradəsinə təslim edən insana deyilir Hələ Məhəmməddən qabaq Məkkə ərəbləri hənifiliyə etiqad etmiş və məhz hənifiliyi unutduqları üçün cahiliyyətə uğramışlar.
İslam özünü İbrahimin dini olan hənifiliklə bağlamaqla yəhudilik və xristianlıqla bir kökdən olduğunu bildirir, çünki yəhudiliyin peyğəmbəri Musa da, xristianlığın təbliğçisi İsa da İbrahimin Saradan doğulmuş oğlu İshaqın nəslindən olmuşlar, yəhudilik də, xristianlıq da özlərini İbrahimin təhallahlılıq ənənəsi ilə bağlayır. Biz Quranda öyrənirik ki, İbrahim İsmayılla birlikdə Kəbəni təmir etmiş, diyarlarını tikib ucaltmışdır. Allah İbrahimə demişdir ki, Kəbə Həcc ziyarəti yeri olmalıdır. Məhəmmədə isə Kəbəni müsəlmanlar üçün qiblə etmək əmr olunmuşdur. İslam Məhəmmədən qabaqkı peyğəmbərləri tanıyır, onların gətirdikləri kitabları qəbul edir.
MƏHƏMMƏD PEYĞƏMBƏRİN HƏYATI
İSLAM - İSLAMIN YARANMASI
İSLAM - İSLAMIN YARANMASI
Məhəmməd 571-ci ildə Məkkə şəhərində, Qüreyş qəbiləsinin Haşim soyunda doğulmuşdur. Atasının adı Abdulla, anasının adı Aminədir. Atası uşaq doğulmamışdan iki ay qabaq, anası isə Məhəmməd altı yaşında olanda vəfat etdiklərindən gələcək peyğəmbər yetim böyümüşdür. Ərəb adətinə görə, beş yaşına qədər köçəri ərəb ailəsində, süd anası Həlimənin yanında tərbiyə almışdır. Elə bu vaxt onunla ilk möcüzə baş verir. İki mələk balaca Məhəmmədi yerə yıxıb köksünü yarır, ürəyini çıxarıb qara ləkələrdən təmizləyir və heç bir şey olmayıbmış kimi yenidən qoyur.
İSLAM - İSLAMIN YARANMASI
İSLAM - İSLAMIN YARANMASI
Məhəmməd peyğəmbərin həyatı haqqında hədis
Məhəmməd əvvəlcə babası Əbdülmüttəlibin, o vəfat etdikdən sonra isə əmisi Əbu Talibin himayəsi altında böyümüş, məkkəlilərin qoyun-quzusunu otarmış, on iki yaşına çatanda əmisi ilə Suriyaya ticarət səfərinə getmişdir. Bu səfər zamanı xristian rahibi Bəhirə onu görüb peyğəmbər olacağını xəbər vermiş, Əbu Talibə tövsiyə etmişdir ki, onu yaxşı qorusun. Sonralar Məhəmməd özü də ticarətlə məşğul olmuş, 25 yaşına çatanda Xədicə adlı kübar bir qadınla evlənmişdir. Oğlanları doğulsa da, körpə ikən ölmüşlər. Məhəmmədin nəsli qızı Fatimənin Əbu ibn Əbu Taliblə nikahından doğulan övladlarından davam edir.
İSLAM - İSLAMIN YARANMASI
Məhəmməd Kəbədə bütləri görür, ağacdan yonulmuş, daşdan düzəldilmiş sənəmlərə sitayişi mənasız bir şey, küfr hesab edirdi.Əlinlə düzəltdiyin bir şeyə necə sitayiş etmək olar? Axı onu sən özün yaratmısan! O sənə necə yardımçı ola bilər? Bütlərə sitayiş hənifilikdən uzaqlaşmağın nəticəsidir, insanları parçalayır. Yox, Allah birdir, qüdrətlidir, hər şeyi görür və eşidir, yaxşı əməllərə görə mükafatlandırır, pis əməllərə görə cəzalandırır, hər şeyə nüfuz edə bilir.
Məhəmməd tənha guşələrə çəkilərək dərin düşüncələrə dalmağı, Allaha ibadət etməyi xoşlayırdı. Ramazan ayında Hira dağındakı mağarada günlərlə namaz qılıb dua etmək ona xüsusi sevinc gətirir, qəlbini rahatlandırırdı.Kiçik bir daş parçası tapıb namazda qarşısına qoyur, bütün diqqətini onun üzərində cəmləşdirirdi ki, fikri Allahla gizli söhbətdən yayınmasın. Təqribən 40 yaşında ikən belə tənha ibadətə qapıldığı günlərin birində ona mələk göründü, "Sən Allahın rəsulusan!"-deyə qeybdən səslər eşitdi. 610-cu ilin Ramazan ayında Hira dağında ibadət zamanı Vəhy mələyi Cəbrayıl Məhəmmədə ilk vəhyi gətirdi: "Yoxdan yaradan Rəbbinin adı ilə oxu! O, insanı laxtalanmış qandan yaratdı. Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir. O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi. İnsana bilmədiklərini öyrətdi" (əl-Ələq, 1-5). Məhəmməd qorxsa da, Allahın onun dualarını eşitdiyinə, ona peyğəmbərlik verildiyinə ümidi artdı.
Bir müddət sonra daha bir vəhy nazil oldu: "Ey (libasına) bürünmüş (Peyğəmbər)! Qalx (qövmünü küfrə görə Allahın əzabı ilə) qorxut! Öz Rəbbini uca tut! Libasını təmizlə (nəfsini günahlardan pak et)! (Əzaba səbəb olacaq) pis şeylərdən uzaqlaş!" (əl-Müddəssir, 74).
Bu, artıq islamı təbliğ etmək əmri idi. Məhəmmədə peyğəmbərlik verilmişdi. O, İslamı təbliğ etməyə başladı. Arvadı, Xədicə əmisi oğlu Əli, Xədicənin Məhəmmədə bağışladığı, Onun isə azad etdiyi kölə Zeyd və Əbu Bəkr islamı ilk qəbul edənlər oldu.
Bütlərə pərəstiş edən və Kəbədə 360 bütü əzizləyən ərəblər Məhəmmədin peyğəmbərliyinə inanmır, onu məcnun, şair, cinli adlandırır, üstünə çirkab artır, ardıcıllarını incidirdilər. Peyğəmbərliyin beşinci ilində (614-cü il) Məhəmməd ardıcıllarından bir qisminə təqiblərdən yaxa qurtarmaq üçün Həbəşistana hicrət etməyə icazə verdi. Amma qüreyişlər Məhəmmədi incitməkdə davam edirdilər. Bir neçə ildən sonra Xədicə, daha sonra Məhəmmədi himayə edən əmisi Əbu Talib vəfat edirlər. Müsəlmanlara qarşı hücumlar bir az da güclənir. Məhəmməd Kəbədə ikən merac edir, Buraq adlı atın belində Qüdsə seyr etdirilərək oradan göylərə qaldırılır, özündən əvvəlki peyğəmbərlərlə görüşür, Allahın nurunu görür, müsəlmanların gündə beş vaxt namaz qılmaları barədə ilahi əmr alır.
Məkkəyə ziyarətə gələn bir qrup yəsribli Məhəmmədin peyğəmbərliyini tanıyır və onu himayə edəcəklərinə söz verirlər.
Hicrət
İSLAM - İSLAMIN YARANMASI
İSLAM - İSLAMIN YARANMASI
İSLAM - İSLAMIN YARANMASI
İSLAM - İSLAMIN YARANMASI
622-ci ildə Məhəmməd peyğəmbər Yəsribə hicrət edir. Şəhər "Mədinət ən-Nəbi" ("Peyğəmbərin şəhəri") adını alır və sadecə, Mədinə deyə çağrılır. Hicrətdən bilavasitə sonra Məhəmməd peyğəmbərin Mədinədə Əus və Xəzrəc qəbilələrindən çıxmış ənsar müsəlmanlar, Məkkədən köçüb gəlmiş müsəlman mühacirlər, Mədinə yəhudiləri və bütpərəstləri ilə "Mədinə konstitusiyası" deyilən sənəd imzalayır. Müsəlman icması getdikcə güclənir və öz dövlətini qurur. Mədinə islam dövlətinin mərkəzi olur.
İSLAM - İSLAMIN YARANMASI
İSLAM - İSLAMIN YARANMASI
İSLAM - İSLAMIN YARANMASI
Mədinədə müsəlman icmasının çiçəkləndiyini görən məkkəlilər buna son qoymağa çalışırlar. Lakin Allah Bədr döyüşündə müsəlmanlara kömək edir. Ühüd döyüşündə qələbəyə yaxın olan müsəlmanlar qənimət dalınca qaçıb ehtiyatı əldən verdikləri üçün məğlubiyyətə uğrayırlar. Daha bir neçə döyüşdə müsəlmanlar qalib gəlirlər. 630-cu ldə Məkkə müsəlmanlar tərəfindın fəth edilir, Kəbə bütlərdən təmizlənir. Tədricən ətraf qəbilələr də islamı qəbul edirlər. Məhəmməd Mədinəyə qayıdır.632-ci ildə Peyğəmbər Məkkəyə "vida həcci"nə yollanır. Həccin qaydalarını öz ardıcıllarına öyrədir. Həccdən qayıdarkən o özünün məşhur "vida həcci xütbəsi"ni söyləyir, müsəlmanları Allahı bir tutmağa, Ona şərik qoşmamağa, Ona sığınmağa, Ona bəndəlik etməyə çağırır; bildirir ki, insanların canları və malları toxunulmazdır, əmanətə xəyanət edilməməlidir, qan intiqamı və faizlə borc vermək haramdır, kişi və qadınların qarşılıqlı olaraq bir-biri üzərində haqları və məsuliyyətləri vardır, müsəlmanlar Quranın hökmlərinə riayət etsələr heç vaxt yoldan çıxmazlar, bütün insanlar bərabərdir, insanlar arasında fərq yalnız təqvaya- ürəklərindəki Allah qorusuna görədir. Bu vaxt Quranın son ayəsi nazil olur: "Bu gün dininizi sizin üçün tamamladım və sizin üçün bir din olaraq islamı bəyənib seçdim" (əl-Maidə,3). Məhəmməd öhdəsinə qoyulmuş işi başa çatdırmışdı-islamı insanlara təbliğ etmişdi. Ziyarətdən qayıtdıqdan bir müddət sonra Məhəmməd Peyğəmbər 63 yaşında vəfat edir. (Cənnətməkan)

Conflict.az