Müəllim şiddət mənbəyi deyil

Elm

1 194

Müəllim şiddət mənbəyi deyil Müsahibimiz, Bakı Şəhəri F.Bayramov adına 22 saylı tam orta məktəbin müəllimi Cavid Cəfərzadədir.

- Cavid müəllim sizcə şagird-müəllim münasibətləri necə tənzimlənməlidir?

- Bu çox maraqlı və bu günləri təhsil sistemində ən aktual məsələlərdən biridir. Müəllim şagirdlə münasibətlərini daim nəzarətdə saxlamalı və qarşılıqlı hörmət olmalıdır. Müəllim yeri gələndə bir pedoqoq, psixoloq hətta şagirdlərimizə qarşı bir ailə üzvü olmalıdır. Onların dərdinə şərik çıxmalı, psixoloji sarsıntı keçirməsinin qarşısını almalıdır. Bu məsələlərdə müəllim ilk öncə vicadanlı olmalı bu dövlətin balalarına qayğı ilə yanaşmalıdır. Bununla yanaşı dərslərində zəif olan şagirdləri, dərsdən sonra yardım etməlidir. Bu məsələlərdə müəllim valideynlərlədə işlərini qaydasına salmalı və valideynlərlə birlikdə şagirdləri düşmüş olduğu çətin vəziyyətdən çıxarmalıdırlar. Bu məsələlərdə yenədə müəllimin üzərinə böyük yük düşür. Müəllim şagirdlərin qəlbinə enməli onların qəhramanına çevrilməlidir. Çünki problemlər olan zaman şagird valideyninə söyləyə bilmədiyini müəlliminə söyləyir. Şagird müəllim münasibətləri düzgün qurulmalı və müəllimin pedoqoji ustalığından məharətlə istifadə olunmalıdır.
- Təhsil sistemindəki islahatları necə dəyərləndirirsiniz?

- Təhsil sahəsində müəyyən qədər islahatlar həyata keçirilir. 1999-cu ildə Azərbaycan Respublikası ilə dünya Beynəlxalq bankının imzalamış olduğu sənədə əsasən Azərbaycanda yeni təhsil sistemi formalaşdı. Kurikulum islahatı köhnəlmiş, sıradan çıxmış sovet təhsil sitemini aradan qaldıraraq yeni bir sistemin əsasını qoydu. Biz bilirik ki, bu əsr “Təhsil Əsri” adlanır. Kurikulum sisteminin tədbiqi, cəmiyyətdə yeni kadrların yetişməsinə və formalaşmasına çox böyük təsiri vardır. Bu sistem ilk öncə şagirdlərin dünyagörüşünə intelektual savadının formalaşmasına müsbət təsir göstərir. Bununla yanaşı 2009-cu ildə Təhsil Qanunun yaradılması ilə təhsil sisteminin inkişafına təkan vermiş oldu. Təbii ki, müəyyən qədər boşluqlar var və boşluqların aradan qalxması üçün müəyyən tədbirlər görülür. Müəllimlərin işə qəbul müsabiqəsinin və yaxud da yerdəyişmə müsabiqəsin təyin olunması islahatların ən böyük uğurlarından biridir. Gənc, istedadlı müəllimlərin öz sahəsi üzrə mütəxəssis olmasında Təhsil Nazirliyinin elan etmiş olduqları müsabiqələrdə müəyyən inkişa təkan vermiş olur. Bu cür sistemli şəkildə atılan addımlar təhsilin inkişafına təsir edəcək. Mən bir pedoqoq olaraq belə düşünürəm ki, bu günləri Azərbaycanda həyata keçirilən təhsil islahatları qənaət bəxşdir.

- Sosial şəbəkələrdə və KİV-lərdə müəllimlərin şagirdlərə qarşı kobud davranışların şahidi oluruq. Müəllim kimi münasibətiniz necədir?

- Müəllimin vəzifəsi şagirdlərə vurma cədvəlini və yaxudda isim nəyə deyilir kəlməsini öyrətməklə yanaşı şagirdlərin təlim-tərbiyəsinə də diqqət etməlidir. Əgər bir müəllim şagirdi vurursa o müəllimin pedoqoji ustalığının zəif olmasından xəbər verir. Müəllimin etik davranışları haqqında qanuna görə müəllimin atmış olduğu bu addım təbii ki, bir mənalı olaraq düzgün hesab etmirəm. Mənim düşüncəmə görə şagird dərs boyu dəcəllik edirsə sinfin qaydasını pozursa həmin şagirdə müəllim tərəfindən xəbərdarlıq edilir. Cünki müəllimin etik davranış qaydaları olduğu kimi şagirdlərində davranış aspektləri vardır. Həmin şagird qaydalarla tanış edilir və onun atmış olduğu addımın yanlış olduğu müəllim tərəfindən izah edilir. Müəllim ona psixoloq olaraq yardım edir. Valideyninə məlumat verir və lazım olduğunda məktəb psixoloqu ilə müəllimin birgə fəaliyyəti nəticəsində şagirdin atmış olduğu addımın yalnış olduğu izah edilir. Sadalanılan qaydalar tərbiyə üsullarından istifadə edilərək tədbiq edilir. Mən belə düşünürəm ki, şagirdə vurmaq və onu şiddətli şəkildə cəzalandırmaq bir pedoqoqa yaraşmayan bir sifətdir. Məşhur pedoqoq Uşinski deyir. “Pis uşaq yoxdur, pis dayə var”. Pis dayə anlayışıda ilk növbədə metodikası yalnış olan, pedoqoji ustalığından istifadə edə bilməyən müəllimdir. Şagird hansı formada müəllimə və dərsin gedişatına maneəçilik törədirsə və həmin şagird şillə-təpiklə tənbeh olunursa mən buna qəti şəkildə etirazımı bildirirəm. Sadaladığımız bütün proseslərdə müəllim böyük səlahiyyətə malikdir. Müəllimin səlahiyyətidə onun pedoqoji fəaliyyətidir. Hər bir müəllim öz təcrübələrindən istifadə edərək çətin tərbiyə olunan uşaqları qayda-qanun çərçivəsində tənbeh etməli, onun davranışının sinif yoldaşları tərəfindən necə qarşılandığını ona başa salmaq və profosional yardım etməlidir. Şİddətə son.Şagirdə sevgi, qayğı, məhəbbət göstərilməli bu məsələlərdə valideynlərlə sıx təmasda olmalı birgə çıxış yolu tapılmalıdır. Çünkü müəllim bir şiddət mənbəyi yox ziyalı bir təbəqənin nümayəndəsidir. Bəli keçmiş sovet təhsil sistemində bu cür müəllimlər var idi, indi də bu tipli müəllimlərə rast gəlinir. Amma biz gənc müəllimlər bu cür sistemin yanlış olduğunu şiddətin bitdiyi yerdə sevginin başladığına inanan gənclərik. Ona görə də müəllim sinifdə diktatur yox, demokratik düşüncəli olmalı şagirdlərə söz haqqı verməli, onlarında bir fərd olduğu, bir şəxsiyyət olduğu hiss edilməlidir. Müəllim dərsini, fənnini sevgi ilə şagirdə aşılamalı, onda həmin dərsə maraq oyatmalıdır. Müəllim cəmiyyətdə maarifçilik mexanizmini işə salan bir qüvvədir. Hər bir müəllim metodu şagirdlərin maraq dünyasına uyğun olmalı və şagirdlərin dünyagörüşünə təsir edəcək səviyyədə olmalıdır. Bu qaydalar olduğu halda keçilən dərsin keyfiyyətidə yüksək olar.

- Fəal təlimin üstünlükləri haqqında fikirlərinizi bizimlə bölüşün?

- Artıq 21-ci əsrdəyik. Sovet təhsil sisteminin uğursuzluğunun canlı şahidi olduq. Bu günləri Azərbaycan təhsil sistemində yeni bir başlanğıç vardır. Bu yeni başlanğıc Kurikulum islahatı ilə öz əksini tapdı. Fəal təlimin üstünlükləri haqqında çox şey demək olar. Ancaq mən qısaca Ənənəvi təlimlə Fəal təlimin arasındakı fərqi izah etmək istəyirəm. Fəal təlim şagirdin azad düşüncəsinin meydana gəlməsinə şərait yaradır. Şagirdi şəxsiyyətyönümlü bir insan kimi yetişdirir. Milli mənəvi dəyərlərlə yanaşı ümumbəşəri dəyərləridə aşılayır. Şagirddə dioloji nitqin inkişafına, məntiqi, tənqidi təfəkkürün formalaşmasına, lider olmaq qabiliyyətinə, Şagirdlərin obyekt olmaq xüsusiyyətindən çixararaq subyek-subyekt xarakter daşımasına, Şagirdlərin dərs zamanı fəallığına gətirib çıxarır. Fəal təlim sadəcə bir metodur. Bir yoldur. Kurikulum sənədinin bir çox metodları vardır. Sadəcə bu günləri bizim təhsil sistemmizə en uyğun olan, metod fəal təlimdir. Ancaq ənənvi təlimdə bu sadaladığımız heç bir xüsusiyyət şagirddə formalaşmır. Şagird sadəcə dinləyici rolunu oynayırdı. Yuxusu gəldiyi zaman yatan bir şagirdə çevrilirdi. Ancaq müasir təlim sistemi tamami ilə bundan fərqli və daha maraqlıdır. Bu təlim həmçinin şagirdlərin, az vaxt ərzində geniş məlumatların mənimsənilməsinə(araşdırır), əməkdaşlığın və qarşılıqlı hörmət hissinin formalaşmasına, biliklərin yaradıcı tətbiq edilməsinə, müstəqil düşünmək və sərbəst nəticə çıxarmaq imkanın formalaşmasına şərait yaradır. Mən hesab edirəm ki, fəal təlim metodu şagirdlərdə böyük irəlləyişə səbəb olacaq. Cünki bu günləri ölkəmizdə yüksək səviyyəli kadrlara ehtiyac var. Həmin bu təhsil sistemi o kadrların hazırlanmasında çox böyük əvəzsiz xidməti olacaq.
- Müəllim necə olmalı və ona nə cür dəyər verilməlidir?
- Müəllim bütün sənət və peşələr içərisində öz mövqeyini qoruyub saxlayan peşədir. Müəllimlər cəmiyyətin aparıcı qüvvəsi olmaqla yanaşı həmçinin elit bir təbəqənin nümayəndəsidirlər. Müəllimlər tarix boyu cəmiyyətdə maarifçilik hərakatında iştirak etmiş cəmiyyətin formalaşması üçün yetənəkli kadrlar hazırlamışdır. Müəllimin planlı, məqsədyönlü və mütəşşəkkil rəhbərliyi altındakı şagirdlərin öyrəndiyi bilik və bacarıqlar təsadüfi biliklər toplusu deyil cəmiyyətin sonrakı inkisafina yönəlir. Müəllim savadlı olmaqla yanaşı pedoqoji təcrübəsi və metodikası doğru olmalı, ədəbli-ərkanlı olmalıdır. Çünki insanlar müəllimin özünü necə aparmasından təsirlənirlər. Bir növ müəllim cəmiyyətdə meyar rolunu oynayır. Cəmiyyətin inkişaf və tənəzzülü müəllimin cəmiyyətdə tutmuş olduğu mövqeden aslıdır. Təssüf ki, hazırda müəllimə onun cəmiyyətdə tumuş olduğu mövqeye uyğun layiq olduğu qiymət verilmir. Hazırda müəllim hər hansı bir fənni tədris edən mütəxəssis kimi baxılır. Müəllim mütəxssis olmaqla yanaşı həmçinin vətəndaş cəmiyyətinin onurğa sütunudur. Qeyd edim ki, cəmiyyətin inkişafı müəllimdən aslıdır. 2000-ci il aprel 26-28 də Dakar şəhərində keçirilmiş Təhsil üzrə ümumdünya formunda qərara alınmışdır ki, müəllimin statusu və peşəkarlığı yüksəldilsin. Sosial həyatının yaxşılaşması üçün islahatlar keçirilsin. Hesab edirəm ki, müəllimə yüksək qiymət verilməli və daima diqqət mərkəzində saxlanmalıdır.

- Sonda bir müəllim olaraq gənc məsləkdaşlarınıza hansı məsləhətləri verərdiniz?

- Mən gənc məsləkdaşlarıma onu demək istəyirəm ki, işlərində daim diqqətli olsunlar. Öz üzərlərində daim işləsinlər, müsabiqələrə, kurslara qatılsınlar. Müasir İnformasiya Kommunikasiya Texnologiyalarından istifadə etməyi bacarsınlar. Unutmasınlar ki, biz müəllim ordusu olaraq bu toplumun ziyalılarıyıq. Bu ölkənin vətəndaşlarına təhsil verən onların təlim tərbiyəsi ilə məşğul olan bir ordudan ibarət heyyətik. Biz şagirdləri, tələbələri yüksək kadr kimi yetişdirməli onları bu topluma təqdim etməli və bu ölkənin inkişaf etməsinə dəsdək olmalıyıq. Odur ki, nəfslərimizə sahib çıxmalı, ustadlarımıza layiq olmalı və müəllimlik sənətini ucaltmalıyıq.
Conflict.az