Akademiyada təyinatlar olub

Elm

294

    Akademiyada təyinatlar olub Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüquq və kadrlar idarəsinə yeni təyinatlar olub. Conflict.az "Report"a istinadən xəbər verir ki, Aygün Arifli AMEA Rəyasət Heyəti Aparatının Hüquq və kadrlar idarəsinin Qanunvericilik təminatı şöbəsinin rəisi vəzifəsinə təyin edilib. Digər bir qərarla Rzaqulu Hacıyev AMEA Rəyasət Heyəti Aparatının Hüquq və kadrlar idarəsinin rəis müavini vəzifəsinə təyin edilib.
Bundan başqa, AMEA Rəyasət Heyətinin iclasında fizika üzrə elmlər doktoru Oqtay Qasımovun AMEA-nın Fizika İnstitutunun nəzdində Biofizika və Smart materiallar Mərkəzinin rəhbəri təyin edilməsi haqqında da qərar qəbul edilib.