Elman Abbasov - Vicdan susanda nə olur? » Conflict.az

Elman Abbasov - Vicdan susanda nə olur?

Elm / yazar

5 544

Elman Abbasov - Vicdan susanda nə olur?Elman Abbasov - Vicdan susanda nə olur?

Bir qohum mənə zəng edib hal-əhval tutduqdan sonra onunla mraqlı və məni təccübləndirən dialoqumuz oldu. Daha doğrusu yazmağa maraqlı bir mövzu yarandı.

-Vicdan susanda nə olur?
Mən də suala elə sualla cavab verdim.
-Nəyinə lazımdır?
-Müəllim tapşırıq verib. Uşaq da 4-cü sinifdə oxuyur. 4-5 cümlə yazmaq lazımdır.
Qohumu dinləyib, tapışırıq verən müəllimin də, elə qohumun da qarasınca danışdım. Böyüklərin çoxunun bilmədiyi, günün günorta çağı bu məmləkətdə çıraqla axtarılır vicdan... Bəs onda 4-cü sinifdə oxuyan uşaq vicdan susanda nə olduğunu haradan bilsin? Söz tapa bilmirəm deməyə. Bax bizim məktəblilərin savadsız olmasının əsas səbəblərindən biri də proqramlarda və dərsliklərdə olan qüsurlar deyilmi? Dərsliklər və proqram hazırlanrakən aşağıdan yuxarıya prinsipi götürülməlidir. Yəni proqram və dərsliklər təcrübəli, savadlı orta məktəb müəllimləriinin rəyi əsasında hazırlanmalı və tətbiq edilməlidir. Bizdə bu rəyi yuxarılar verir. Dərsliklərin hazırlanmasında isə uşaqların biliyə yiyələnməsi deyil, biznes əsas rol oynayır. Yəni orta məktəbdən 20-30 il uzaqlaşmış və hansısa yüksək vəzifədə işləyən birisi götürüb dərslik yazır.Təbii ki, o, orta məktəbdəki vəziyyəti, uşaqların potensialını bilmir. Bəzən orta məktəb dərsliklərində, hətta ibtidai sinif dərsliklərində elə terminlərə rast gəlinir ki, əvvəllər bu terminlər ali məktəblərdə öyrədilirdi.Yaşına görə uşağın onu qavraması, öyrənməsi mümkün deyil. Başqa məsələlərdə olduğu kimi hakimiyyət təhsil məsləsində də imitasiya edir. Guya təsilimizi Avropa təhsilinə yaxınlaşdırırıq. Amma nəzərə almır ki, bizdə məktəbə qədər təhsil, uşaqların qida rasionu, şəraiti Avropadakı kimi deyil və müqaisəyə də gəlməz. Çox zaman təhsilimizdəki geriləməni müəllimin maaşının azlığında görürük. Bu da əsas amillərdən biridir. Amma başqa amillər də var. Təhsilsizlik, təhsildə və dərsliklərdə olan qüsurlar, uşaqların oxuya bilməməsi, müəllimin maaşının azlığı nəticədə təhsildə rüşvətə yol açır. Millət olaraq bu sahədə olan bəhsəbəs bizləri uşaqlarımızı pula oxutmağa, müxtəlif yollarla ali məktəbə qəbul etdirməyə vadar edir. Və illər sonra həm pulumuz gedir, həm də öz pulumuzla uşaqlarımızı diplomlu savadsız edirik.Çoxumuz çətin və əzab əziyyətlə qazandığımızı pulun hesabına oxutduğumuz övladımıza iş belə tapa bilmirik və ya bu savadsız yetişdirdiyimiz kadrlar növbəti nəsillərin savadsız yetişməsinə səbbəb olur. Millətlər elim, mükəmməl təhsil almaq üçün pul xərcləyir, biz isə övladlarımızı diplomlu savadsız etmək üçün. Halbuki övladlarımızı qabliyyətinə görə hansısa bir peşəni öyrətməyə çalışsaq, həm onlara böyük yardım etmiş olarıq, həm çörəklə təmin edərik, həm də cəmiyyətə xeyir verə bilərlər.
Yuxarıda sadaladıqlarım vicdanın susması deyilmi?