Azərbaycan alimi Moskvada keçirilən beynəlxalq konfransda çıxış edib http://azertag.az/xeber/840928

Elm

284

Azərbaycan alimi Moskvada keçirilən beynəlxalq konfransda çıxış edib  http://azertag.az/xeber/840928 Moskvada nəsli kəsilmək üzrə olan Xəzər suitilərinin mühafizəsinə həsr olunan beynəlxalq konfrans keçirilib.

Rusiya Elmlər Akademiyasının A.Seversov adına Ekologiya və Təkamül Problemləri İnstitutunda “Xəzər suitisi: müasir durumu, qorunması və istifadəsi problemləri” mövzusunda təşkil edilən tədbirdə Xəzər suitilərinin tükənməsinə səbəb olan ekoloji amillər və onların aradan qaldırılması yolları barədə məruzələr dinlənilib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, konfransda Böyük Britaniya, Niderland, İtaliya və beş Xəzəryanı ölkədən 44 alim və mütəxəssis iştirak edib.
Tədbirdə AMEA-nın Geologiya və Geofizika İnstitutunun Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyinin direktoru, biologiya üzrə fəlsəfə doktoru Tariyel Eybatovun “Xəzər dənizinin Azərbaycan akvatoriyasında suitilərin müasir durumu və qorunması perspektivləri”, “Abşeron yarımadasının şimalında Xəzər suitilərinin cəsədlərinin sahilə toplanma dinamikasının 44 il ərzində aparılmış monitorinqi” mövzularında məruzələri dinlənilib. Alim Qazaxıstandan gələn və Abşeron sahillərində toplanan ölü suitilərin üzərində apardığı tədqiqatların nəticələrini açıqlayıb. Bildirilib ki, Xəzərin yeganə məməlisi olan və 2008-ci ildə “Qırmızı kitab”a salınmış suiti həm də dənizdə yem piramidasının başında dayanır. Bu heyvanların hazırkı acınacaqlı durumu planetin ən böyük gölündə fauna və floranın ürəkaçan vəziyyətdə olmadığını göstərir.
Konfransda müxtəlif ölkələrdə aparılan tədqiqatların nəticələri təhlil olunub, Xəzər suitilərinin xilası istiqamətində elmi potensialların cəmləşdirilməsi niyyəti ilə razılaşma memorandumu imzalanıb. Alim və mütəxəssislər gələcək işlərin planını da tərtib ediblər.
Azərbaycan alimi Rusiya Elmlər Akademiyası Geoloji İnstitutunun direktoru, akademik Mixail Fedonkin və bu elm müəssisəsi direktorunun müavini, geologiya-mineralogiya elmləri doktoru Vasili Lavruşin ilə görüşüb, əməkdaşlıq çərçivəsində elmi tədqiqatların istiqamətləri müzakirə olunub.
Eyni zamanda, dördüncü dövr stratiqrafiya laboratoriyasının rəhbəri Aleksey Tesakov ilə AMEA Təbiət Tarixi Muzeyinin işçilərinin “Binəqədi dördüncü dövr fauna və flora qəbiristanlığı”nda birgə tədqiqatlar aparmaq imkanları da araşdırı