Sizin reklam burada
Sizin reklam burada

Ukraynalı deputat bütün rusları “eybəcər” adlandırdı

Ukraynalı deputat bütün rusları “eybəcər” adlandırdıVideoçarx "Rusiya 1"in efirində nümayiş etdirilib

Ukrayna Ali Radasının deputatı Borislav Bereza Avropa Şurası Parlament Assambleyasının (AŞPA) zalına gedərkən jurnalistlər qarşısında bəyanat verib və Rusiya vətəndaşlarını "eybəcər" adlandırıb.

AzNews.az xəbər verir ki, videoçarx "Rusiya 1" telekanalının efirində nümayiş etdirilib.

Aparıcı Yevgeni Popovun sözlərinə görə, bu deputat AŞPA-da Ukrayna nümayəndə heyətinin üzvüdür.

"Bütün ruslar eybəcərdir”, - deyə Bereza bildirib.

Bundan əvvəl Ukraynanın keçmiş Baş naziri Arseni Yasenyuk AŞPA-nın Rusiya nümayəndə heyətinin qaytarılması barədə qərarını şərh edib. Bu barədə o, Facebook səhifəsində yazıb.

Yasenyukun fikrincə, təşkilatın bu qərarı "biabırçı qərardır" və bu, onu göstərir ki, dəyərlər Assambleyanı tərk edir: "Onun nüfuzunun itirilməsinin ən pis ssenarisi baş verir".

O, əlavə edib ki, bu qərarın qarşısı alınmasa, Ukrayna AŞPA-ya üzvlüyü dayandırmalıdır.

  • Sosial şəbəkədə paylaş