Rus hərbçiləri Venesuelada

Dünya

89

Rus hərbçiləri VenesueladaRusiya hərbi qulluqçuları Venesuelaya gediblər.
"Ria Novosti" xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

"Hərbi-texniki əməkdaşlıq müqaviləsi çərçivəsində əvvəllər təchiz edilmiş avadanlıqların texniki xidməti məqsədilə rus hərbçiləri Venesuelaya gedib. Bu, planlaşdırılmış bir işdir.Bu məsələni sensasiyaya çevirmək lazım deyil"- Ryabkov jurnalistlərə açıqlamasında bildirib.

Eyni zamanda, diplomat qeyd edib ki, Venesueladakı rus təyyarələri hərbi təyyarə deyil.