Suriya səmasında F-35 qırıcıları

Dünya

45

Suriya səmasında F-35 qırıcılarıF-35 model qırıcı təyyarələri ilk dəfə Suriya və İraq səmalarında görünüb.

F-35-lər İngiltərənin Kipdəki Akrotiri hava bazasından səmaya qalxıb.

Yeni model qırıcı təyyarələr İraq və Suriya üzərində 14 dəfə uçuş həyata keçirib.

İŞİD-ə qarşı aparılan tədbirlər çərçivəsində kəşfiyyat məlumatı əldə etmək məqsədilə istifadə olunan F-35-lərin uçuş zamanı hücum həyata keçirmədiyi də məlum olub.