Sizin reklam burada
Sizin reklam burada

ABŞ-dan ard-arda iki Türkiyə qərarı: Müttəfiqliyə son?.. - Açıqlama

ABŞ-dan ard-arda iki Türkiyə qərarı: Müttəfiqliyə son?.. - AçıqlamaABŞ Türkiyə pilotlarının F-35 qırıcı təyyarələri üçün təlimlərini dayandırıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə Pentaqon sözçüsü Mayk Endryüs açıqlama verib:

"Türk pilotların təlim uşuşları dayandırıldı. Türk siyasətində dəyişiklik olmadıqca F-35 proqramında iştirak üçün müttəfiqimiz Türkiyə ilə çalışmaları davam etdirəcəyik".

Qeyd edək ki, ABŞ Türkiyənin Rusiyadan S-400 hava müdafiə sistemləri almasına etiraz olaraq bu ölkəyə F-35 qırıcısı satmaqdan imtina edib.

Arizona və Florida ştatlarında 42 türk pilot F-35 qırıcı təyyarəsini idarə etmək üçün təlim keçirdi.

Bu ara ABŞ Konqresinin Nümayəndələr Palatası "ABŞ-Türkiyə ittifaqına yönəlik narahatlığın ifadə edilməsi" adlı sənəd qəbul edib.

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy sənədə sərt reaksiya verib: "Qərarda Türkiyənin xarici siyasəti və məhkəmə sistemi haqqında yer alan haqsız və əsassız iddiaların qəbulu əsla mümkün deyil".

Aksoy bu addımın müttəfiqlik prinsipinə uyğun gəlmədyini də vurğulayıb.

  • Sosial şəbəkədə paylaş