Türk diplomatın avtomobilinə bu ölkədə od vuruldu

Dünya

66

Türk diplomatın avtomobilinə bu ölkədə od vurulduYunanıstanın Selamik şəhərində Türkiyə konsulluğunun ticarət atteşesi Məmməd Sərxan Buralı və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının əməkdaşı olan türk vətəndaşının avtomobili yandırılıb.

Teleqraf.com xəbər verir ki, gecə saatlarında diplomatların avtomobilinə od vurulub.

Diplomatik nömrəsi olan avtomobilin yaxınlığındakı daha beş avtomobildə ciddi zərər görüb. Türkiyənin Selamik konsulluğunun rəsmiləri təhlükəsizliklə bağlı narahatlığını ifadə edib.

Yunanıstan Xarici İşlər Nazirliyi də Selamikdə baş verən hadisəni qınayıb, bəyan edib ki, cinayətkarların məhkəmə qarşısına çıxarmaq üçün lazım olan addımlar atılacaq.