Qazaxıstanda yeni prezident əleyhinə mitinqlər – Şok video

Dünya

62

Qazaxıstanda yeni prezident əleyhinə mitinqlər – Şok videoQazaxıstan Daxili İşlər Nazirliyi 9-10 iyun tarixlərində paytaxt Nur-Sultan və Nur-Sultan şəhərlərində keçirilmiş mitinqin video-görüntüsünü yayımlayıb.

Teleqraf.com xəbər verir ki, mitinqlər şəhər bulvarında baş tutub.

Məlumatda bildirilir ki, iki şəhərdə baş tutan etiraz aksiyasında ümumilikdə 700 nəfər saxlanılıb, 550 nəfərin işinə baxılması üçün isə məhkəməyə verilib.

Mitinqlər iyunun 9-da Qazaxıstanda keçirilən prezident seçkilərinin saxtalaşdırılması iddiası ilə keçirilib.

Seçkilərdə Kasım Comart-Tokayev qalib gəlib.

Mitinqin videosunu təqdim edirik: