Dövlət başçısının qardaşı Amerika casusu çıxdı

Dünya

63

Malayziya hava limanında öldürülən Şimali Koreya lideri Kim Çen İnin ögey qardaşı Kim Yonq ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) agenti olub.

Teleqraf.com xəbər verir ki, bu iddianı ABŞ-ın məşhur “Wall Street Journal” qəzeti ciddi mənbələrə əsasən irəli sürüb.

Xəbərdə Kim Çin İnin ögey qardaşı ilə ABŞ kəşfiyyatı arasında əlaqələrə dair bir sıra məqamların gizli qaldığı bildirilir, əlavə olunur ki, MKİ ilə Kim Yonq arasında məxfi bağlantı olub.

Qəzet bildirir ki, Kim Yonqun 2017-ci ilin fevralında Malayziyaya səfər etməkdə məqsədi MKİ agentləri ilə görüşmək olub.