Sirr açıldı: "Ya ölməlidirlər, ya da…" – İki ölkənin lideri arasında anlaşma

Dünya

63

Sirr açıldı: "Ya ölməlidirlər, ya da…" – İki ölkənin lideri arasında anlaşmaİngiltərədə nəşr olunan “The Guardian” qəzeti mayın 5-də Myanma lideri Aun San Su Çi və Macarıstan Baş naziri Viktor Orban arasında baş tutan görüşlə bağlı ilginc iddia irəli sürüb.

Teleqraf.com xəbər verir ki, qəzetdə dərc olunan “Çi və Urban İslamla bağlı anlaşdı” adlı məqalədə müəllif Hanna Ellis-Petersen iki ölkə liderinin müsəlmanlara qarşı ittifaq qurduğunu yazıb.

Petersenə görə, Myanma və Macarıstanda müsəlmanların sayının sürətlə artması irqçi liderlərin narahatlığına səbəb olub və məlum görüşdə bu artımın qarşısının alınması yolları müzakirə edilib:

“Çi Myanma ordusu tərəfindən arakanlı müsəlmanlara qarşı törədilmiş soyqırımın ört-basdır edilməsindən sonra Avropanın ən anti-demokratik lideri və nasist ruhlu lideri ilə görüşdü”.

Almaniyada nəşr olunan “Vox” qəzetinin analitiki Aleks Vard da Macarıstan və Myanma başçılarının görüşündə müsəlmanların sayının artmasının qarşısını almaq haqda müzakirə apardığını yazıb:

“Aun San Su Çi getdikcə artan müsəlmanların sayını məhdudlaşdırmaq üçün macar Orbanla görüşdü. Su Çi uzun illər zülmə məruz qalan və Myanmada etnik qrup olan arakanlı müsəlmanların soyqırımınl susqunluqla izlədi. Halbuki bu soyqırım nəticəsində yüz minlərlə insan öldürüldü, ya da evlərini tərk etmək məcburiyyətində qaldı. Viktor Orban da Asiyadan müxtəlif problemlər səbəbindən Avropaya sığınan müsəlman miqrantları “müsəlman işğalçılar” adlandırır. Buna görə də, bu köçün qarşısını almaq məqsədilə Macarıstanın sərhədlərinə tikanlı məftillər çəkmək kimi müxtəlif yola baş vurur.

İki dövlət başçısının görüşdə səsləndirdiyi fikirləri, “Müsəlmanları ya öldürməliyik, ya da bizdən uzaq saxlamalıyıq” kimi şərh etmək olar”.

Qeyd edək ki, Orban və Çi mayın 5-də Macarıstanın paytaxtı Budapeştdə görüşüb. Görüşdə cənub-şərqi Asiya və Avropada miqrant problem müzakirə olunub.

Həmin vaxt görüş Avropa və dünya mediasında maraqla qarşılanmışdı.