Moldovanın boz kardinalından Moskvaya şokedici təklif

Dünya

59

Moldovanın boz kardinalından Moskvaya şokedici təklifMoldova Demokratik Partiyasının rəhbəri Vladimir Plaxotnyuk Rusiya Baş nazirinin müavini Dmitri Kozakla görüşü zamanı ona içində Kişinyovun xarici siyasət kursunun dəyişdirilərək Moskvaya yönəlməsi barədə təkliflərin olduğu zərf verib.

Bunu “Kommersant” qəzetinə müsahibəsində Kozakın özü söyləyib. O, Plaxotnyukun etdiyi təkliflər sırasında Dnestryanı konfliktinin həllinin də olduğunu bildirib.

Kozak Plaxotnyukun onlara Dnestryanını Moldovanın federallaşdırılması əsasında həll etməyi təklif etdiyini deyib.