Sizin reklam burada
Sizin reklam burada

ABŞ Suriyadan çıxsa, müharibə bitəcək - Blek

ABŞ Suriyadan çıxsa, müharibə bitəcək - BlekABŞ öz ordusunu geri çəkəcəyi halda, Suriyada müharibə çox tez başa çatacaq.

Bu barədə Virciniya ştatının senatoru Riçard Blek danışıb.

“Əgər biz çıxsaq, düşünürəm ki, müharibə çox tez başa çatardı, Suriya birləşdirilər və sabitlik olardı. İnsanlar həqiqətən bərpa işlərinə başlaya bilərdilər”, - Blek bildirib.

Onun sözlərinə görə, ABŞ və müttəfiqləri qarışmasa və Suriyanın şimal-şərqi ilə Ət-Tanfda hərbi bazalar tikməsə, bu ölkədə müharibə bitə bilərdi.

  • Sosial şəbəkədə paylaş