Gürcüstanda yeni siyasi partiya yaradıldı

Dünya

49

Gürcüstanda yeni siyasi partiya yaradıldıPartiyanın təsis qurultayı iyunun 20-də keçiriləcək

Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının keçmiş üzvləri “Ədalət naminə” adlı partiya yaradıblar.

Bu barədə yeni partiyanın təsisçilərindən biri Eka Beselia mətbuat konfransında bildirib.

O deyib ki, partiyanın əsas məqsədi ölkədə ədalətin bərpa olunmasıdır.

Partiyanın təsis qurultayı iyunun 20-də keçiriləcək.

E.Beselia ilə yanaşı, partiyanın təsisçiləri Zviad Kvaçantiradze və Gedevan Popxadzedir.

Onlar partiya ilə bağlı müxtəlif siyasi təşkilatlar və siyasətçilərlə məsləhətləşmələr aparacaqlarını bildiriblər.(report.az)