İrana zərbə vurmaq… - Tramp açıqladı

Dünya

45

İrana zərbə vurmaq… - Tramp açıqladıABŞ İranda hakimiyyəti dəyişməyi planlaşdırmır.

Bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

“İranın elə həmin rəhbərliklə möhtəşəm bir ölkə olmaq şansı var”, - Tramp bildirib.

Tramp İrana zərər vurmaq istəmədiyini etiraf edib və buna görə də ABŞ tərəfinin bu ölkədə hakimiyyət dəyişikliyinə hazırlaşmadığını qeyd edib.

“İrana zərər vurmaq istəmirəm. İstəyirəm ki, İranın nüvə silahı olmasın”, - Tramp söyləyib.