Sizin reklam burada
Sizin reklam burada

Putinin reytinqi minimuma endi - 13 ilin antirekordu

Putinin reytinqi minimuma endi - 13 ilin antirekorduRusiya Prezidenti Vladimir Putinin şəxsi reytinqi bu həftə ən minimum səviyyəyə enib.
Bu məlumat Ümumrusiya İctimai Rəyin Tədqiqat Mərkəzinin keçirdiyi sorğudan sonra ortaya çıxıb.

Belə ki, hazırda Putinin şəxsi reytinqinin 31,7% təşkil etdiyi, bu göstəricinin 2006-cı ildən bu yana qeydə alınan ən aşağı rəqəm olduğu vurğulanıb. Bununla belə, Rusiya Prezidentinin fəaliyyətini dəstəkləyənlər əhalinin 65,8%-ni təşkil edir.

Putindən sonra rusiyalıların etimad göstərdiyi siyasətçilər sırasında Müdafiə naziri Sergey Şoyqu (14%), Xarici İşlər naziri Sergey Lavrov (13%) yer alıb.

Baş nazirin fəaliyyətini dəstəkləyənlər ictimaiyyətin 47%-ni təşkil etdiyi halda, Medvedyevin şəxsi etimadı cəmi 7% olub.

  • Sosial şəbəkədə paylaş