Günahsız olsa da, 45 il həbs yatdı

Dünya

58

Günahsız olsa da, 45 il həbs yatdıAmerika vətəndaşı Riçard Filipsə1971-ci ildə etdiyi soyğunda ölümə səbəb olduğuna görə ömürlük həbs cəzası verilmişdi.

Conflict.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə zamanı şahidlərdən birinin yalan ifadə verməsi onun 45 il həbs yatmasına səbəb olub.

Ötən il günahsız olduğu ortaya çıxan Riçard ABŞ tarixində günahsız ola-ola ən uzun müddətli həbs yatan məhkum elan olunub.

Dövlət bu yanlış anlaşılmaya görə ona 1,5 milyon dollar (təxminən, 2,5 milyon manat) təzminat verəcək.

Qeyd edək ki, Miuçiqan əyalətində günahsız olduğu halda həbs yatan məhbuslara hər ilə görə 50 min dollar təzminat verilir. Belə olan halda Riçarda 2 milyon dollar təzminat düşsə də, onun soyğunda əlinin olması məbləği azaldıb.