Çinlə Rusiya 17 milyardlıq müqavilə imzaladı

Dünya

56

Çinlə Rusiya 17 milyardlıq müqavilə imzaladıBu barədə Şanxay Fond Birjası məlumat yayıb

Çinin Milli Nüvə Təşkilatı (”China National Nuclear Power”) Rusiyanın “Atomtikintiixracat” (“Rosatom”a daxil olan “Atomstroyeksport”) şirkəti ilə 17,02 milyard dollarlıq müqavilə imzalayıb.

TASS xəbər verir ki, bu barədə Şanxay Fond Birjası məlumat yayıb.

Bildirilib ki, tərəflər bu müqaviləni “Sudapu” Atom Elektrik Stansiyasının “NN3-4” bloku üzrə imzalayıblar.

Enerji blokunun tikintisinə 2021-ci ilin oktyabr və 2022-ci ilin avqustunda başlanılacağı planlaşdırılıb.(report.az)