ABŞ İraqdan dövlət işçilərini çıxarır

Dünya

60

ABŞ İraqdan dövlət işçilərini çıxarırABŞ Dövlət Departamenti İraqdan ABŞ dövlət işçilərinin çıxarılması barədə qərar qəbul edib.

Bu məlumatı ABŞ-ın İraqdakı səfirliyi yayıb. Dövlət Departamentinin tapşırığının operativ xidmətlərin işçilərinə aid olmayacağı vurğulanıb.

Bununla bərabər, ABŞ-ın İraqdakı səfirliyi müvəqqəti olaraq İraqda viza verilişini dayandırıb. Səfirlik niyə belə qərarın verildiyini açıqlamayıb.