Konqresdən Ankaraya qarşı yeni F-35 “tələsi”

Dünya

58

Konqresdən Ankaraya qarşı yeni F-35 “tələsi”ABŞ Konqresinin Nümayəndələr Palatası növbəti dəfə Ankara ilə Vaşinqton arasında gərginliyi artıracaq addım atıb.

Axar.az xəbər verir ki, Nümayəndələr Palatasının nəzdindəki komitələrdən biri F-35 təyyarələrinin Türkiyəyə göndərilməsinin əngəllənməsi üçün hazırlanan qanun layihəsi təqdim edib.

Komitə qanun layihəsi ilə F-35-lərin Türkiyəyə göndərilməsi zamanı federal büdcənin istifadə edilməməsini tələb edib. Yəni Türkiyənin alacağı F-35-lərin daşınması üçün yanacaq və ya F-35-ləri daşıyacaq pilotlara büdcə ayrılmayacaq.