“Eurovision”un 10 finalçısı bəlli oldu

Dünya

42

“Eurovision”un 10 finalçısı bəlli olduİsrailin Tel-Əviv şəhərində "Eurovision" mahnı yarışmasının ilk yarımfinal mərhələsi yekunlaşıb.

BakuPost xəbər verir ki, finala Yunanıstan, Belarus, Serbiya, Kipr, Estoniya, Çexiya, Avstraliya, İslandiya, San-Marino və Sloveniya təmsilçiləri keçib.

Yarımfinalda ümumilikdə 17 ölkənin nümayəndəsi çıxış edib. Onların çıxışları peşəkar münsiflər heyəti və iştirakçı ölkələrin tamaşaçılarının səsləri ilə qiymətləndirilib.