Prezident həbsdən azadlığa buraxıldı: Bundan sonra...

Dünya

46

Prezident həbsdən azadlığa buraxıldı: Bundan sonra...Braziliya Ali Məhkəməsi həbsdə olan sabiq prezident Mişel Temer və polkovnik Joan Batista Laymanın şərti azadlığa buraxılması haqda qərar verib.

Məhkəmə sabiq prezidentə kənar şəxslərlə əlaqə qurmasını, ünvan dəyişdirməsini, ölkəni tərk etməsinin və partiya orqanlarında lider vəzifələr tutmasını qadağan edib.

Qeyd edək ki, sabiq prezident ölkədə Anqra 3 Nüvə Stansiyasının tikintisi zamanı yol verilən korrupsiya hallarına görə ittiham olunur.

Braziliya II Federal Məhkəməsi mayın 9-da sabiq prezidentin həbs edilməsi haqqında qərar vermişdi.