Qaşıqçı cinayətinin "memar"ı azadlıqda - Şok foto

Dünya

86

Qaşıqçı cinayətinin "memar"ı azadlıqda - Şok fotoSəudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda jurnalist Camal Qaşıqçının qətlində əsas iştirakçılardan olan Kəşfiyyat Xidmətinin rəisinin keçmiş müavini Əhməd Əsiri sərbəst buraxılıb.

Teleqraf.com xəbər verir ki, Tvitter mikrobloqunda Əsirinin hərbi xidməti başa vuran qardaşı oğlunun şərəfinə təşkil edilən mərasimdəki fotosu paylaşılıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Baş Prokurorluğu vəliəhd şahzadə Məhəmməd bin Salmanla yaxın olduğu deyilən Əhməd Əsirinin Qaşıqçının ölüm əmrinin icrasına rəhbərlik etdiyini açıqlamışdı.

Camal Qaşıqçı ötən ilin oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna daxil olduqdan sonra itkin düşüb. Oktyabrın 23-də onun Baş Konsulluq iqamətgahının ərazisində cəsədi tapılıb. Səudiyyə Ərəbistanı xüsusi xidmət orqanları jurnalisti oğurlayıb, işgəncələrə məruz qoyub və qətlə yetiriblər.