Sizin reklam burada
Sizin reklam burada

 Serbiyadan AB-yə mesaj: Artıq yorulmuşuq

  Serbiyadan AB-yə mesaj: Artıq yorulmuşuqSerbiya Avropa Birliyinə qəbul edilməsini xahiş etməyəcək, çünki başqa birliklər Serbiya ilə bərabərhüquqlu danışıqlara hazırdırlar.

Bunu “Pink” televiziyasına müsahibəsində Serbiya Müdafiə naziri Aleksandar Vulin deyib.

“Biz AB-dən asılı deyilik. Əgər onlar bizi Avropada görmək istəmirlərsə, o zaman bizimlə bərabərhüquqlu şəkildə əməkdaşlıq etmək istəyən digər alyansları nəzərdən keçirəcəyik. Bu hələ o demək deyil ki, biz hansısa alyansa üzv olacağıqAB Serbiyanı öz sırasında görmək istəməkdə maraqlı olub-olmadığına aydınlıq gətirməlidir. Biz artıq sizdən, daim hədəfləri dəyişən və yeni şərtlər qoyan siyasətinizdən yorulmuşuq”, - o bildirib.

  • Sosial şəbəkədə paylaş