Sizin reklam burada
Sizin reklam burada

Tramp Xəlifə Həftara zəng etdi - "Rolunuz böyükdür"

Tramp Xəlifə Həftara zəng etdi - "Rolunuz böyükdür"ABŞ Prezidenti Donald Tramp Liviya generalı Xəlifə Həftar arasında telefon danışığı olub.

Bu barədə Ağ Ev məlumat yayıb.

Qeyd edilir ki, ABŞ lideri generalla telefon danışığında terrorçuluqla mübarizə üzrə davam edən səyləri və Liviyada sülh və sabitliyin nail olunması zəruriliyini müzakirə edib.

Qeyd edilir ki, söhbət bir neçə gün əvvəl olub, amma Ağ Ev yalnız dünən bu haqda bildirib.

Məlumata görə, Tramp Həftarla terrorçuluqla mübarizədə və Liviya neft resurslarının təhlükəsizliyin təmin olunmasında generalın əhəmiyyətli rolunu etiraf edib. Tərəflər Liviyanın sabit, demokratik siyasi sistemə keçidinin ümumi mənzərəsini müzakirə ediblər.

  • Sosial şəbəkədə paylaş