Hindistanda qatar relsdən çıxdı: yaralılar var

Dünya

65

Hindistanda qatar relsdən çıxdı: yaralılar varHindistanın şimalında yeləşən Kanpur şəhərindən 15 kilometr məsafədə sərnişin qatarı relsdən çıxıb.

Bu barədə NDTV informasiya yayıb.

Hadisə yerli vaxtla 01:00 radələrində baş verib. Nəticədə ən azı 13 nəfər yaralanıb. Hadisə yerinə çox sayda təcili tibbi yardım və xilasetmə briqadaları cəlb olunub.