Qəribə reaksiya

Dünya

56

Qəribə reaksiyaTürkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul şöbəsinin keçmiş sədri Səlim Temurci İstanbulda keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı açıqlama verib.

O, nəticələrin AKP-nin namizədi Binəli Yıldırımın əleyhinə olmasından dolayı kədərləndiklərini bildirib.

CHP-nin qalib gəlmiş namizədi Əkrəm İmamoğlunun mandatını almasından sonra sosial şəbəkə üzərindən açıqlama yayan Temurci qeyd edib:

“Sevdamız dediyimiz bu şəhəri yarım əsr sonra itirdiyimizi düşünmək belə, içimizi ağrıdır. Ən önəmlisi isə, seçkiləri vicdan və əxlaq baxımından uduzmaq AKP-ni bir hərəkat kimi qəbul edən bizləri qəhərləndirib.

Amma igid yıxıldığı yerdən qalxmağı da bacarandır”.

Qeyd edək ki, martın 31-də keçirilmiş bələdiyyə seçkilərində Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu qalib gələrək, İstanbulun yeni bələdiyyə sədri seçilib.